Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

“Həqiqəti gizlədən yalanlar” - Leyla Xəlilzadə ilk kitabını 12 yaşında yazıb VİDEO

Bakı, 19 dekabr, AZƏRTAC

Uşaqlıqdan mütaliə etməyə və ədəbiyyata olan böyük marağı Leylanı gənc yaşlarında kitab yazmağa həvəsləndirb. İstedadlı gənc Leyla Xəlilzadə maraqlı obrazların yer aldığı və fantaziya ilə zəngin “Həqiqəti gizlədən yalanlar” adlı ilk kitabını 12 yaşında yazıb. Leylanın ingilis dilində triller janrında qələmə aldığı əsər oxucuda onun həvəskar deyil, sanki püxtələşmiş bir qələm sahibi tərəfindən yazıldığı təəssüratını doğurur.

Leyla Xəlilzadə 2008-ci il martın 23-də Bakıda anadan olub. 2014-2015-ci illərdə Bakı Oksford Məktəbində, 2015-2018-ci illərdə isə Avropa Azərbaycan Məktəbində təhsil alıb. Hazırda Bakıda fəaliyyət göstərən Dünya Məktəbində ingilis dili bölməsi üzrə 9-cu sinifdə oxuyur. Çoxsaylı məktəbdaxili, eləcə də beynəlxalq müsabiqə və yarışlarda, bilik olimpiadalarında fəal iştirak edən Leyla bir çox diplom və sertifikatlar qazanıb. O, eyni zamanda, Türkiyə və Azərbaycanın müvafiq məktəbləri arasında həyata keçirilən “İki ölkə, bir hekayə” layihəsinin fəal iştirakçısı olub, bu mövzuda yazdığı hekayə yüksək qiymətləndirilib.

Triller, fantastika, müəmma - Həqiqəti gizlədən yalanlar

Əsərlə tanışlıq müəllifin 12 yaşında malik olduğu məntiqi təfəkkürünü, fantaziya gücünü, analiz qabiliyyətini üzə çıxarır. “Həqiqəti gizlədən yalanlar” kitabı 20 yaşlı fövqəl bacarıqlara malik Pörl adlı bir qızın macəra dolu həyatından bəhs edir. Pörl təzyiqlərlə üzləşərək istəmədiyi missiyanı illərlə yerinə yetirmək məcburiyyətində qalır. Ancaq “xilaskarları”nın sayəsində sonda həmin missiyanı yerinə yetirməkdən canını qurtarır. Pörlün həm güclü və sadiq əhatəsi, həm də çox təhlükəli düşmənləri var və daim həyəcan dolu hadisələrlə üz-üzə qalır. “Bəs o, düşdüyü çətin və təhlükəli vəziyyətlərdə necə baş çıxara bilir?”, “Bir çox xüsusiyyətlərə malik olan bu qız niyə həmişə kədərlidir, onu narahat edən məsələlərə aydınlıq gətirə, düşmənlə bacara bilirmi?”. Hadisələrin gedişində oxucu artan maraq və həyəcanla bu düşündürücü suallara cavab axtarır. Müəllif dərin bədii təfəkkürünün və zəngin dünyagörüşünün sayəsində fikirlərini böyük məharət və yüksək peşəkarlıqla qələmə alıb.

Leyla bədii-fantastik düşüncələrini ingilis dilində məharətlə ifadə edir

Hazırda 14 yaşında olmasına baxmayaraq, Leyla yazılarında dərin müşahidə qabiliyyətindən irəli gələn fikir və düşüncələrini ingilis dilində məharətlə ifadə edə bilir. “İngilis dilinə olan böyük maraq və həvəsim, eyni zamanda, bu dildə təhsil almağım məni öz fikirlərimi, duyğularımı bu dildə bədii şəkildə ifadə etməyə ruhlandırdı. Məhz bundan irəli gələrək ingilis dilində bir əsər yazmaq qərarına gəldim. Həm də uşaqlıqdan triller janrında olan filmlərə və əsərlərə böyük marağım var idi, daha çox tarixi, müəmma və fantastika mövzularında kitablar oxuyurdum. Ona görə də oxuduqlarımdan həvəslənərək 12 yaşımda kitab yazmağa başladım və bir il ərzində başa çatdırdım. İlk növbədə, obrazları fikirləşdim, onların bir-biri ilə münasibətini təhlil etdim. Ailəmdən böyük dəstək gördükdən sonra bu əlyazımı kitaba çevirmək qərarına gəldim. Kitab əsasən triller, fantastika janrında olduğu üçün burada oxucuya öz fikirlərimi, fantaziyamı çatdırıram. Ümid edirəm ki, gənclər bu kitabı oxuduqdan sonra mütaliəyə daha çox üstünlük verəcəklər”,- deyə Leyla bildirir. O, ingilis dilindən başqa türk, rus və alman dillərində də mükəmməl öyrənmək üçün səylə çalışdığını söyləyir. Onun digər dillərə olan marağı bu istiqamətlərdə irəliləyişini sürətləndirir. Rəsm və musiqi ilə də məşğul olan Leyla artıq bu sahələrdə də böyük uğurlar qazanıb.

Kitab Azərbaycan və ingilis dillərində oxuculara təqdim olunub

   

   

“Həqiqəti gizlədən yalanlar” kitabı Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən doğma dilimizə tərcümə olunub və çap edilib.

Leyla Xəlilzadənin dostları, müəllimləri, ailə üzvləri və yaxınları onun ingilis və Azərbaycan dillərində işıq üzü görmüş “Həqiqəti gizlədən yalanlar” əsərinin “LİBRAFF” Kitab Evində təqdimatına toplaşdı. Çıxış edənlər Leylanın gənc olmasına baxmayaraq mükəmməl bir əsər yazdığını söylədilər.

  

Oxuduğu kitablar, zəngin mütaliə onun bədii təfəkkürünün formalaşmasında mühüm rol oynayıb. Kitaba olan sevgi, məhəbbət onun idrakında, ağlında olan reallıqdır. Gənc yazarın bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün məhsulu olan əsər 22 fəsildən ibarətdir. O, səhifələrdə yaratdığı nağıl dünyasında bədii düşüncəni, fantaziyasını, intellektual fikrini yüksək səviyyədə oxucuya çatdırıb. Kitabda diqqət çəkən əsas məqamlardan biri də fəsillərin adlarının xüsusi peşəkarlıqla seçilməsidir. “Həyata dönüş”, “Təbəssümlər və yalanlar”, “Keçmişdən bu günə”, “Səbir açardır”, “Daş və şayiə”, “Yeni cığır”, “Gözlərdəki yalvarış”, “Keçmiş sirlərin gizli həqiqəti” sərlövhəli fəsillərin adları isə böyük fəlsəfi məna daşıyır. On iki yaşlı gəncin zəngin təfəkkürünün məhsulu olan kitabda dostluq, ailə, sevgi, insanlıq və digər mövzularda müdrik fikirlər yer alıb, haqsızlıq, xəyanət, yalan isə pislənir.

    

L.Xəlilzadənin uğuruna sevinənlər sırasında onun müəllimləri də var. Onlar Leylanın mütaliəyə olan böyük həvəsini yüksək qiymətləndiriblər: “Çox ağıllı, məsuliyyətli və bacarıqlı olan Leyla fərqli düşüncəsi, çalışqanlığı, əzmi və cəsarəti ilə seçilir. Dərslərinə hər zaman hazırlıqlı gələn Leyla mütaliədən zövq alır. Onun bədii təfəkkürünün, intellektual zəkasının formalaşmasında hər zaman Leylaya dəstək olan ailəsinin də böyük rolu olub”.

Çıxış edənlər gənc yazarı təbrik edib, ona gələcək yaradıcılıq yolunda uğurlar arzulayıblar.

    

   

Kitab oxumağı çox sevən Leyla həmyaşıdlarına dünyagörüşlərini və biliklərini zənginləşdirmək üçün çoxlu mütaliə etməyi məsləhət görür. Müəllif imzalı kitablarını qonaqlara və oxuculara hədiyyə edib.

Qeyd edək ki, “Həqiqəti gizlədən yalanlar” kitabının təqdimatı L.Xəlilzadənin təhsil aldığı Dünya Məktəbində də keçirilib.

14 yaşlı Leyla arzularını bölüşür

Leyla Xəlilzadə növbəti kitablarında özünün çəkdiyi rəsmlərdən də istifadə etmək istəyir. O, fantastika, müəmma dolu əsərlərlə yanaşı, tarixi, klassik və bestseller kitabları da oxumağı çox xoşlayır. On dörd yaşlı qız arzularını bizimlə bölüşür: “Gələcəkdə bu sahədə fəaliyyətimi davam etdirmək və yeni əsərlər yazmaq niyyətindəyəm. Həm də “Həqiqəti gizlədən yalanlar” kitabımın davamını yazmaq istəyirəm. Arzularımdan biri də bu ilk əsərimin digər xarici dillərə də tərcümə olunması və ekranlaşdırılmasıdır. Əminəm ki, maraqlı obrazların yer aldığı, fantaziya ilə zəngin süjet xətti olan bu əsərin ekran təcəssümü də tamaşaçılar tərəfindən böyük maraqla qarşılanacaq. Məni dəstəkləyən ailəmə və hər kəsə təşəkkürümü bildirirəm”. Mütaliəni çox sevdiyi üçün hər zaman kitab oxuyan insanlarla ünsiyyətdə olduğunu deyən gənc yazar ilk nəşrini bütün ədəbiyyatsevərlərə həsr etdiyini söyləyib.

“Həqiqəti gizlədən yalanlar” Leyla Xəlilzadənin ilk əsəri olsa da, əminik ki, Leyla əzmi, fədakarlığı və çalışqanlığı ilə gələcəkdə daha böyük nailiyyətlərə imza atacaq. Həmçinin dərin məntiqi təfəkkürü, zəngin dünyagörüşü və güclü təhlil qabiliyyəti onun növbəti əsərlərinə daha peşəkar yanaşma nümayiş etdirəcəyini söyləməyə əsas verir. İstedadlı gəncimizi təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayırıq.

 
Pərvanə İmanova
AZƏRTAC-ın müxbiri
“Həqiqəti gizlədən yalanlar” - Leyla Xəlilzadə ilk kitabını 12 yaşında yazıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində AQEM nümayəndə heyəti ilə görüş olub

“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun konsert proqramı

Regional konfransda Azərbaycanda istilik təchizatı və enerji effektivliyi sahəsində görülən işlərdən danışılıb

Fiziologiya üzrə doktorantura və dissertanturaya hazırlaşanların nəzərinə

“Yaşıl təhsil” - ADPU-da elmi-praktik konfrans

Azərbaycan və Ukraynanın ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı və Abşeronda bəzi torpaq sahələri bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib

Paytaxtın Nizami rayonunda ağacəkmə aksiyası keçirilib

DSMF ünvanlı sosial yardımla bağlı vətəndaşlara müraciət edib

2023-2024-cü illərdə istehsal edilən istilik enerjisinin həcmi açıqlanıb

Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

“Crocus City Hall”dakı terror aktı ilə əlaqədar daha bir nəfər həbs olunub

Şərqşünaslıq İnstitutunda özbəkistanlı alimlərlə görüş keçirilib

Elm və təhsil naziri UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

Azərbaycan məktəbliləri Avropa Qızlar Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

BVF: Qarşıdakı il dünya iqtisadiyyatını yavaş, lakin dayanıqlı inkişaf gözləyir

Türkiyənin Hacettepe Universitetinin professoru ADPU-da olub

Azərbaycanlı yazıçının əsəri Praqada səhnələşdirilib

Buraxılış imtahanında 300 bal toplayan şagird: Yüksək nəticə əldə edəcəyimi gözləyirdim

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Dendrologiya İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib

Cəlilabad sakini babasından qalan odlu silahı polisə könüllü təhvil verib

Bakıda keçiriləcək atıcılıq üzrə Dünya Kubokunun rəsmi posteri təqdim olunub

® “Bakcell” böyük dəyişiklər astanasındadır

Türkiyədə “yaşıl” enerjinin ümumi istehsaldakı payı 55 faizə çatacaq

Bakı məktəblisi: Hədəfim 700 bal toplamaqdır

Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Neftçala rayonunun inzibati ərazisində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pərviz Şahbazov: Azərbaycanda bərpa olunan enerji potensialı 4 dəfə arta bilər

Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qərbi Azərbaycanın siyasi tarixi və etnik mənzərəsi” - ADPU-da mühazirə

Türkiyə və Gürcüstan rəsmiləri regional problemləri müzakirə ediblər

Metanol ixracı 17 faizdən çox artıb

İlin ilk rübündə Aqrar Biznes festivallarında 23 rayondan 3 minə yaxın fermer iştirak edib

BDU-nun Biologiya fakültəsinin tələbələrinə açıq havada dərslər keçirilir

Bu ilin birinci rübündə KOBİA 152 biznes planın hazırlanmasına dəstək olub

Qeyri-verbal kommunikasiyanın təhlili və təşkili - təlim

Əbu-Dabidə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi Assambleyasının 14-cü sessiyası keçiriləcək

Buraxılış imtahanında 300 bal toplayan şagird: Hüquqşünas olmaq istəyirəm

ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir

AQTA və UNICEF arasında əməkdaşlıq genişlənir

AQTA Goranboyda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlayıb

Saatlıda kənd məktəbinin şagirdi buraxılış imtahanında 300 bal toplayıb

Əqli Mülkiyyət Agentliyi gənc ixtiraçılara dəstək verir

Niyazinin Mənzil Muzeyində Zülfüqar Hacıbəyovun 140 illiyi qeyd olunub

Meksikanın paytaxtında maksimal temperatur qeydə alınıb

Elnur Məmmədli: Avropa çempionatına tam heyətlə gedəcəyik

Naxçıvanda kitabxana müdiri və kitabxanaçı vəzifələri üzrə müsabiqə keçirilib

Füzuli məktəbinin şagirdi buraxılış imtahanında ən yüksək nəticə göstərib

Azərbaycan elektromobil idxalını artırıb

“Məşğulluğa dəstək layihəsi” üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Türkiyə ilə Gürcüstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Baş direktor: Azərbaycan və Türkiyə arasında e-ticarətin inkişafı vacibdir

BDU-da “Gənclik həftəsi” başlanıb

Kəngərli rayonunda avtomobil yanıb

AZƏRBAYCANIN GƏNC İSTEDADLARI
Sona Bəşirova

“Təbiətə quş yuvaları hədiyyə edək” adlı layihə həyata keçirilib

Cüdo Federasiyasının baş katibi: Ümid edirəm ki, Avropa çempionatında nəticələrimiz ötənilkindən zəif olmayacaq

Gənclər Fondu yerli və beynəlxalq layihə müraciətlərinin qəbulunu elan edir

Təlim keçmək üçün Rumıniyaya daha üç F-16 göndəriləcək

Füzuli şəhərinə daha 156 ailə köçürüləcək VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Neftçalada vətəndaşları qəbul edib, təsərrüfatlara baxış keçirib

“Azərbaycanda rəqəmsal transformasiya – 2023” bülleteni çapdan çıxıb

“Tərəqqi” medalı ilə təltif edilmiş qadınlara mükafatlar təqdim olunub

Yüksək Liqa: “Murov Az Terminal” yarımfinalda “Neftçi”yə qalib gəlib

Bərdə-Ağdam avtomobil yolunda baş verən qəzada bir nəfər ölüb - YENİLƏNİB VİDEO

Cüdo üzrə Azərbaycan millisi Avropa çempionatına tam heyətlə hazırlaşır

Azad edilmiş ərazilərdəki yaylaqlara köçəcək 4 min 500 nəfərdən çox fermerə ANAMA təlimlər keçir

Çində Azərbaycan dili virtual formada tədris olunacaq VİDEO

BMU-nun nümayəndələri Özbəkistanda beynəlxalq konfransda iştirak edəcəklər

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxs saxlanılıb

Bişkekdə TÜRKPA-nın iclası keçiriləcək

Dünya Bankı “ASAN xidmət” konseptini yüksək qiymətləndirir

Keçmiş məcburi köçkünlərin qayıdış prosesi ilə bağlı müraciətləri dinlənilib

Mer: Azərbaycan İrpenin ən böyük 4 obyektinin yenidən qurulmasını və bərpasını maliyyələşdirəcək VİDEO

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Qax şəhər məktəbinin 2 şagirdi buraxılış imtahanında maksimum nəticə göstərib

Bakıdakı Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib

Ədəbiyyat İnstitutunda “Məhəmməd Füzuli və Türk dünyası” mövzusunda elmi konfrans keçirilib

Sumqayıtda “Ekoloji təhlükəsizlik və yaşıl dünya” adlı işgüzar konfrans keçirilib

Azərbaycanın bu ilin birinci rübündə ən çox neft ixrac etdiyi ölkə İtaliyadır

Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilib

Daha beş qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

® “Kapital Bank” 2024-cü ilin I rübünün maliyyə nəticələrini elan edib

Yaşar Gülər: Türkiyə dünyada təhlükəsizlik, sülh və sabitliyə ciddi töhfə verir

ACE platformasından neft hasilatına başlanılıb

Azərbaycan klubları Superkubok oyununun bərpa olunmasını istəyir - ARAŞDIRMA

Azərbaycan “ACWA Power” şirkəti ilə quruda və dənizdə külək enerjisi layihələrini müzakirə edib

Naxçıvan şəhərində evdə baş verən yanğın söndürülüb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu azalıb

FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib

Nazir: Qarabağ Universitetinə proqram rəhbərləri seçilib, əlavə vakant yerlər də açılacaq – EKSKLÜZİV

Daşkənd şəhəri MDB-nin gənclər paytaxtı oldu

NDU-nun kafedra müdiri: Naxçıvanda fiziki məhdudiyyətli uşaqların sayı azalıb

Cari ilin birinci rübündə ixrac edilən xam neft və neft məhsullarının dəyəri açıqlanıb

Emin Əmrullayev: Dünya universitetlərinin reytinq siyahısında yer almaq üçün ixtisaslaşma vacib rol oynayır

Yunanıstanda Paris Olimpiya Oyunlarının məşəli alovlandırılıb

Birinci rübdə neft koksunun ixracı 7 faizdən çox azalıb

Azərbaycanda Türkiyənin Sığorta Birliyinə bənzər təşkilatın yaradılması nəzərdə tutulur