ELM VƏ TƏHSİL


“#HərGünOxu” kampaniyasına qoşulun!

Bakı, 24 aprel, AZƏRTAC

Təhsil Nazirliyi tərəfindən “#HərGünOxu” kampaniyası başlanılıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “#HərGünOxu” kampaniyası mütaliə həvəsinin artırılması məqsədilə təşkil olunur. Kampaniyaya qoşulmaq istəyənlər sosial şəbəkələrdə oxuduqları kitablardan ən çox sevdikləri sitatı paylaşmalı, “#HərGünOxu” və “#Challenge” həştəqlərini yazmalı, eləcə də dostlarını kampaniyaya qoşulmağa dəvət etməlidir.

Xatırladaq ki, hər gün 20 dəqiqə kitab oxumaq tənqidi düşüncə formalaşdırır, yaradıcılıq bacarığını və dünyagörüşünü inkişaf etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.