CƏMİYYƏT


Hər bir vətəndaşın yaş limitini qorumaqla istənilən vaxt fərdi hesab açdıra və hesaba əlavə vəsait köçürmək hüququ var

Bakı, 28 sentyabr, AZƏRTAC

Pensiya kapitalını artırmaq üçün yaş limiti var. Qanunvericiliyə əsasən, pensiya kapitalı yalnız pensiya təyin olunanadək artırıla bilər. Pensiya təyin edildikdən sonra əlavə vəsaitlərin fərdi hesaba ödənilməsi qanunvericiliklə qadağandır. On beş yaşı tamam olmuş şəxs əmək qabiliyyətli hesab olunduğu üçün 15 yaşdan etibarən hər kəsin pensiya kapitalını artırmaq hüququ var.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun Pensiya Təminatı Departamentinin müdiri Eyvaz İsmayılov deyib.

E.İsmayılov bildirib ki, fərdi hesaba ödənilən məbləğ pensiyanın minimum məbləğinin 3300 mislindən çox ola bilməz.

“Əmək pensiyaları haqqında” Qanuna əsasən, əmək pensiyası sığorta olunanların pensiya təyin olunana qədərki itirilmiş gəlirlərini kompensasiya etmək məqsədilə verilmiş pul ödənişidir. Fərdi hesabla pensiya təyinatı iki mərhələdə hesablanır. Vətəndaşın 2006-cı ildən sonrakı dövr fərdi hesabında toplanmış kapitala əsasən, 2006-cı ilə qədər isə fərdi uçot sistemi olmadığı üçün həmin dövrə qədərki stajına əsasən hesablanır. Hər bir şəxsin fərdi hesabına əlavə vəsait ödəmək hüququ var. Qanunvericilikdə nəzərdə tutulub ki, hər kəs yalnız pensiya təyin olunana qədər həmin xüsusi hesaba daha yüksək pensiya ödənişi almaq üçün əlavə vəsait köçürə bilər. Hər bir vətəndaşın yaş limitini qorumaqla istənilən vaxt fərdi hesab açdıra və hesaba əlavə vəsait köçürmək hüququ var. Bu, vətəndaşın gələcəkdə daha yüksək pensiya almasını təmin edir”, - deyə departament müdiri qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.