Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Hər bir xalq haqqında ən mükəmməl təsəvvürü onun ədəbiyyatı, mədəniyyəti yaradır

Hər bir xalq haqqında ən mükəmməl təsəvvürü onun ədəbiyyatı, mədəniyyəti yaradır

Afaq Məsud: insanların arasında olduğum hər yerdə sevgi duyuram

Bakı, 1 iyun, Abdulla Suvar, AZƏRTAC

Yazıçı, dramaturq, Əməkdar İncəsənət Xadimi, Rusiyanın Elm və İncəsənət Pyotr Akademiyasının (PANİ) həqiqi üzvü, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsud ömrünün 60-cı baharını yaşayır. Titulları kənara qoysaq, Afaq Məsudu iki kəlmə ilə səciyyələndirmək olar: söz adamı. Qələmini ədəbiyyatın müxtəlif janrlarında sınayıb. “Üçüncü mərtəbədə”, “Şənbə gecəsi”, “Tək”, “İzdiham” və başqa kitabları oxucuya yaxşı tanışdır. Roman və hekayələri rus, ingilis, fransız, alman, fars, ərəb, türk dillərinə və digər dillərə tərcümə olunub. Q.Q.Markesin "Patriarxın payızı", T.Vulfun "Dünyanın hörümçək toru" romanlarını və digər məşhur dünya yazıçılarının əsərlərini Azərbaycan dilinə tərcümə edib. Onun “Can üstə”, “O məni sevir”, “Qatarın altına atılan qadın” və digər pyesləri uğurlu səhnə həyatı yaşayıb. Əsərləri əsasında "Sərçələr", "Qonaqlıq", "Gecə", "Cəza", "Dovşanın ölümü" televiziya filmləri çəkilib.

Afaq Məsud həm də maraqlı həmsöhbətdir. AZƏRTAC-ın müxbiri Azərbaycan ədəbiyyatında özünəməxsus izi olan, dəst-xətti ilə seçilən Afaq xanımla yubileyi ərəfəsində söhbət edib.

– Afaq xanım, ömrünüzün 60-cı baharını yaşayırsınız, bir yazıçı üçün bu yaşı ömrün hansı dövrünə, hansı fəslinə aid etmək olar?

– Müəyyən kamillik dövrünə. Niyə “müəyyən” deyirəm? Çünki tam kamillik 100 yaşında da qazanılması mümkün məsələ deyil və mənə görə, 60 yaş bir çox qaranlıq mətləblərin və həqiqətlərin anlaşılmağa başladığı, lüzumsuz qovğaların, narahatlıqların və həyəcanların öz mənasını itirdiyi, həyatın tamam ayrı mənalar kəsb etməyə başladığı maraqlı bir yaş həddidir. Fəslə gəlincə də, bu, payız deyil.

– Afaqı məsud edən nədir?

– Məncə, özünü qoruyub saxlamağı, həyatın hansısa toxunulmaz tərəflərində – yazılarda və digər buna bənzər ərazilərdə yaşamaq bacarığı.

–Sizə elə gəlmirmi ki, ədəbiyyata gəlişiniz atanız Məsud Əlioğlunun, babanız Əli Vəliyevin yaradıcılıq yoluna yeni cığır salmaq, bu yolu davam etdirmək istəyindən doğub? Onların Sizin yazıçı olmağınıza nə dərəcədə təsiri olub?

– Yazıçılıqla bağlı heç bir məqsədim olmayıb. Orta məktəbi bitirəndə sənədlərimi Tibb İnstitutuna vermişdim, həkim olmaq istəyirdim. Onda atam yenicə dünyasını dəyişmişdi. Rəhmətlik Xudu Məmmədov, Bəxtiyar Vahabzadə və Nurəddin Rzayev bir gün bizə gəldilər və məni fikrimdən döndərdilər. Sənədlərimi jurnalistika fakültəsinə verdim. İlk hekayəmi isə ikinci kursda oxuyanda yazdım. Bu hekayəni o dövrlər qonşuluğumuzda yaşayan tanınmış bir şairin saat çıqqıltıları ilə dolu evində rastlaşdığım, həyatdan, ədəbiyyatdan çox-çox uzaq, çərçivələr və qadağalar dolu bozarmış darısqallıqlardan xilas olmaq üçün yazmışdım. Hekayə “Ulduz” jurnalında dərc olundu, bəyənildi və mən yazının insanı ən darısqal çıxılmazlıqlardan qurtarmaq gücünü anladım.

Babamın və atamın yazıçılığıma təsirinə gəlincə, bu, bir məktəbdir. Əli Vəliyev və Məsud Əlioğlu – hər ikisi Azərbaycan ədəbiyyatına, elminə, ədəbi fikir tarixinə misilsiz töhfələr vermiş, Azərbaycan ədəbi dilinin, milli elmi-bədii fikrinin zənginləşməsində böyük xidmətləri olmuş tarixi simalardır. Əli Vəliyev gözəl roman ustası olmaqla yanaşı, dilimizə minlərlə söz gətirib, əsərləri Azərbaycanın, Qarabağın tarixinin, qədim ərazilərinin öyrənilməsi üçün qiymətli məxəzə çevrilib. Eləcə də atamın Hüseyn Cavid, Məhəmməd Hadi, Əliağa Vahid və sovet ideolojisinin yasaqladığı digər bu kimi ədəbi simaların ədəbiyyata qayıdışında əvəzsiz xidmətləri olub. Bu mənada, onların davamçısı olmaq elə də asan məsələ deyil. Bu, böyük məsuliyyət, ədəbiyyata, dilə sevgi və sədaqət, ağır zəhmət tələb edir.

– Təkliyə, tənhalığa can atan yazıçı qadın (ana) obrazı Afaq Məsud yaradıcılığında xüsusi ədəbi-fəlsəfi dəyər daşıyan hadisələrdəndir. Əsərlərinizin qadın qəhrəmanları tamamilə yeni tip qadınlardır. Sizcə, bu, Sizin qadın – yazar olmağınızdan, şəxsi həyatınızdan qaynaqlanır, yoxsa başqa səbəb var?

– Bunun nədən qaynaqlandığı barədə dəqiq bir şey deyə bilmərəm, amma qadın qəhrəmanlarımla bağlı yazdığım əsərlərin əksəriyyəti bioqrafikdir. Siz “yeni tip qadınlar” deyəndə, yəqin, bu qadınların ənənəvi Azərbaycan qadınlarına oxşamadığını nəzərdə tutursunuz. 2004-cü ildə yazdığım “Can üstə” pyesində baş qəhrəman – Yazıçı qadın əsərin kulminativ məqamında əlindəki virtual tapançanı qapıbir qonşusuna – sovet rejiminin ideoloqlarından olan əmək veteranı, təqaüdçü Qocaya tuşlayıb: “Yox, qoca, sən məni yaxşı tanımırsan, mən - təzə adamam!” – deyəndə mən də bunu niyə belə yazdığımı bilmirdim. Bunu ötüb-keçən zamanla gələcəyin savaşı hesab edirdim. Bəlkə də bu belədir və ola bilsin ki, bu qadınlar gələcəyin insanları – həmin təzə adamlardır.

– Sizin yaradıcılığınızı araşdıran avstriyalı ədəbiyyatşünas Sena Doğan deyib ki, Məsudun bütün əsərləri bir-birilə əlaqəlidir. Bu fikirlə razısınızmı?

– Əslində, bu, belə də olmalıdır. Hər bir yazıçı ömrü uzunu bir neçə kitab yazsa da, əslində, o, nəticə etibarilə yeganə bir əsəri yazır. Hər yazıçının öz mövzusu var. Əsərdən əsərə situasiyalar, obrazlar dəyişə bilər, lakin yazıçının daxili problemi, ağrı nöqtələri dəyişmir. Bu mənada, Senanın fikri ilə tam razıyam.

– İxtisasca jurnalistsiniz. Jurnalist də, yazıçı da söz adamıdır. Siz onların arasında nə kimi fərq görürsünüz? Bir yazıçı kimi jurnalist peşəsi Sizə nə verib?

– İlk növbədə, fikrimi səlis Azərbaycan dilində ifadə etməyi, hadisələrin mahiyyətini, daxili konflikti görməyi, nəyi yazmağın lazım olduğunu, demək, təsvir etmək istədiklərini qısa və lakonik şəkildə ifadə etməyi. Bütün bunlar yazıçılıq üçün vacib olan ilkin şərtlərdir. Qabriel Qarsia Markes, Emil Zolya, Marsel Prust kimi yazıçıların ədəbiyyata məhz jurnalistikadan gəlmələri də bu mənada təsadüfi deyil. Bu iki sahəni bir-birindən fərqləndirən başlıca cəhət isə birinin – jurnalistikanın sırf real həyatdan, yəni baş verən və verməkdə olanlardan, o birinin isə – ədəbiyyatın, həm də baş verməyənlərdən və olmayanlardan qaynaqlanmasıdır.

– Üslubunuz heç də hamı tərəfindən birmənalı qarşılanmır. Bu, Sizi narahat etmir ki?

– Mən kütləvi oxucu üçün yazmıram və bu barədə bir neçə dəfə demişəm ki, hamının xoşuna gəlmək, zövqünü oxşamaq ədəbiyyatın missiyası deyil. Uzun illərdir, bəzən hətta ən hazırlıqlı və intellektual oxucular tərəfindən sona qədər anlaşılmadığımı hiss edirəm. Amma oxucu azlığından da şikayət edə bilmərəm. Bu barədə də bir neçə dəfə demişəm, geniş oxucu kütləsi, adətən, yüngül ədəbiyyata meyillidir – detektiv, macəra, sevgi romanları və sair. Bunun səbəbi bu ədəbiyyatların mütaliəsinin oxucudan dərin intellekt, beyin zəhməti tələb etməməsidir. Özü də təkcə Azərbaycanda deyil, bütün dünyada belədir. Tarix boyu belə olub, belə də olacaq. “Ciddi ədəbiyyat” ifadəsi də məhz bu ədəbiyyatların fərqləndirilməsindən yaranıb. Amma əlbəttə ki, burada milli oxucu səviyyəsinin yetərsizliyi problemi də var.

– Sizin bir çox əsərləriniz teatrlarımızda səhnəyə qoyulub və maraqla qarşılanıb. Davamı gələcəkmi? Teatrlarımızın repertuarında boşluq var, niyə teatrlarla işləmirsiz?

– Əfsuslar olsun ki, bu gün əksər teatrlarımız, yumşaq desək, sənət ab-havasından, yaradıcı stixiyadan çox uzaqdır. Bu barədə kifayət qədər yazılır, deyilir. Teatrlarla işləməməyimin səbəbi də budur. İki il əvvəl “Kərbəla” əsərimi Milli Akademik Dram Teatrına təqdim etmişdim. Əsər repertuara salınmışdı, tamaşaya dövlət sifarişi açılmışdı. Lakin elə ilk məşqdən sonra onu geri götürməyi qərara aldım. Səbəb – teatrda hökm sürən həmin qeyri-yaradıcı mühit idi. Müqəddəslərin həyat faciəsindən bəhs edən bir əsəri belə bir mühitə etibar etməyi nə onlara, nə də özümə rəva bildim. Son illər qələmə aldığım “Mənsur Həllac”ı isə, ümumiyyətlə, heç bir yerə təqdim etməmişəm. Bu əsərlərin səhnə sahiblərinin nə vaxtsa gəlib çıxacağına ümid edirəm. Bu, yüz il sonra da ola bilər, sabah da.

– Müsahibələrinizin birində “yazarkən mən can üstə oluram” demisiniz. Doğrudanmı, yazmaq bu qədər əzablıdır?

– Yazı prosesində can üstə olmaq fiziki ölümün astanasında olmaq demək deyil. Bu, maddi bədənini itirməyin astanasıdır. Yəni ayaqlarının yerdən üzüldüyü, divarların əriyib itdiyi, sözlə ifadə oluna bilməyən ali bir məqamdır. Düşünmürəm ki, yazı prosesində bütün yazıçılar, yaxud şairlər bu vəziyyətə düşürlər və bu, əsər yazmaq üçün heç vacib şərt də deyil. Təbii ki, hər bir əsər, ilk növbədə, şüurun, yaddaşın iştirakı ilə yazılır. Tarixi sənədlərin, yaxud cinayət materiallarının əsasında da bəşəri əsərlər yazılıb və yazılır. Amma ədəbiyyatın bir növü də var ki, orada şüur, idrak yalnız vasitəçi kimi iştirak edir. Yazıçı kompüterin arxasına keçir və heç hara baxmadan, heç bir mənbəyə istinad etmədən, heç nəyi xatırlamadan, sanki kiminsə gizli diktəsi ilə yazmağa başlayır… Dediyim həmin o canüstü vəziyyətlər belə yaranır.

– Afaq xanım, tərcümə ilə ardıcıl və müntəzəm məşğul olmusunuz. Vaxtilə Gi de Mopassan, Tomas Vulf, Qabriel Qarsia Markes, Xulio Kortasar, Xorxe Luis Borxes kimi böyük yazıçıların əsərlərini dilimizə çevirmisiniz. Son illər isə, əsasən sufi irsini tərcümə edir və bu ilahi ədəbiyyatın təbliğatçısı kimi çıxış edirsiniz. Bu nə ilə bağlıdır: yaşınızlamı, dünyaya baxışınızın dəyişməsiyləmi?

– Süfiliklə yaxından tanışlıq nəinki dünyaya baxışımı, bütövlükdə həyatımı dəyişib. Bu, bu vaxta qədər yazılan və yazılacaq bütün ədəbiyyatları, dünya, kainat, insanlıq haqqında sirləri və həqiqətləri iksir şəklində özündə saxlayan möcüzəvi həyat mənbələridir. Bayaq dediyim kamilliyə aparan yolların ən qısasıdır. Qalın-qalın cildlərdə yatan ədəbiyyatların deməyə, izah etməyə çalışdığını bu mətnlər bir abzasla, bəzən isə bir cümlə ilə ifadə edir. Bu mətnlərdə heç bir dövrdə, heç bir ədəbiyyatda yazılmayan, açılmayan elə sirli həqiqətlər var ki, onlara toxunandan sonra insan özünü ayrı bir həyatın astanasında hiss edir. Sufi mətnlərinə tapınmağım nə yaşla əlaqəlidir, nə də məqsədli şəkildə baş verib. Düşünürəm, bu da Allahın mənə olan rəhmidir.

– Rəhbəri olduğunuz Tərcümə Mərkəzi qısa müddətdə nəinki Azərbaycanda, bəlkə də, dünyada analoqu olmayan bir çox ciddi və əhəmiyyətli layihələr həyata keçirib və keçirməkdədir. Xüsusən milli ədəbiyyatımızın dünya ölkələrində nəşrini və təqdimatını nəzərdə tuturuq. Hazırda Mərkəzdə hansı işlər görülür?

– Milli ədəbiyyatımızın dünyada tanıdılması, hər şeydən əvvəl ölkəmiz, xalqımız haqqında təsəvvürlərin beynəlxalq aləmə çıxışı, onun milli “Mən”inin, ədəbi-fəlsəfi fikrinin dünyaya çatdırılması deməkdir. Hər bir xalq haqqında ən mükəmməl təsəvvürü onun ədəbiyyatı, mədəniyyəti yaradır. İngiltərə kraliçasının “İngiltərə nə ilə güclüdür?” sualına cavab olaraq dediyi kimi: “İngiltərə öz ədəbiyyatı ilə güclüdür. Çünki dünyanın elə bir ölkəsi yoxdur ki, orada Şekspir oxunmasın”. Bu mənada, Mərkəz qısa müddət ərzində kifayət qədər uğurlu layihələrə imza atıb. Nə qədər acı olsa da, bu, bir həqiqətdir ki, dünya kitabxanalarında Azərbaycan ədəbiyyatından, demək olar, bir nümunəyə belə rast gəlinmir. Bəzi kitabxanalarda nadir hallarda rast gəlinən Nizami, Nəsimi, Füzuli kimi şairlərimizin əsərləri isə tərtibçilər tərəfindən “fars şairi”, ən yaxşı halda, “Şərq şairi”nin əsərləri kimi təqdim olunur. Mərkəzin dünya ədəbiyyatının Azərbaycanda təbliğindən çox, milli ədəbiyyatımızın dünyada tanıdılmasına üstünlük verməsinin əsas səbəbi də budur. Çağdaş ədəbiyyatımızın aparıcı simalarının təmsil olunduğu “Müasir Azərbaycan ədəbiyyatı antologiyası” müxtəlif formatlarda artıq Moskvada, Londonda, Ankarada, Qahirədə, Boqotada işıq üzü görüb, həmin şəhərlərin mərkəzi kitabxanalarına, elm və ədəbiyyat mərkəzlərinə, universitetlərinə paylanılıb, əlaqədar qurumların dəstəyi ilə təqdimat mərasimləri keçirilib. Hazırda kitabın alman, ispan, ingilis, bolqar və çex dillərinə tərcüməsi üzərində iş gedir, yaxın günlərdə Ukrayna dilində Kiyevdə, gürcü dilində Tbilisidə nəşri gözlənilir. Antologiyanın davamı olaraq, ayrı-ayrı yazıçı və şairlərimizin əsərlərinin də xarici dillərə tərcüməsi və nəşri nəzərdə tutulur. Bu layihələrin icrasında ən mühüm məqam isə, ilk növbədə, bədii tərcümənin keyfiyyətidir ki, Mərkəz bu prosesə xüsusi önəm verir. Əsərlər ilkin mərhələdə sətri tərcümə edilir, daha sonra onun üzərində nəşr olunacağı ölkənin dil daşıyıcıları – peşəkar tərcüməçilər, yazıçılar və şairlər tərəfindən bədii tərcümə və redaktə işi aparılır. Biz bu işə ölkəmizdə fəaliyyət göstərən səfirlikləri də cəlb edirik. Hazırda on iki ölkə ilə müxtəlif formatlı layihələr üzərində iş gedir. İş rejimi çox ağır olsa da, uzun illər boyu arzuladıqlarımızı həyata keçirməyimizdən həm də sonsuz mənəvi zövq alırıq.

– Afaq xanım, yəqin, razılaşarsınız ki, qələm sahibinin ən böyük arzusu oxucu sevgisi qazanmaqdır. Necə bilirsiniz, Sizi sevənlər çoxdurmu? Bunu yetərli hesab edirsinizmi?

– Mən, ümumiyyətlə, insanların arasında olduğum hər yerdə sevgi duyuram – məni yazıçı kimi tanımayanların əhatəsində də.

-Afaq xanım, yubiley yaşınız münasibətilə Sizi təbrik edir, maraqlı söhbətə görə təşəkkürümüzü bildiririk.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Astara rayonunda avtoxuliqanlıq edən sürücü həbs olunub

Ölkədə qlobal ekoloji böhrana qarşı ciddi praktiki addımlar atılır - Açıqlama

Tariximizin qanlı səhifələrindən biri olan Başlıbel faciəsindən 31 il ötür

Binəqədi-Balaxanı şosesində yük avtomobili aşıb, sıxlıq yaranıb

Ağdamda minaatan qurğular aşkarlanıb

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Qırğızıstanda TikTok-a giriş qismən məhdudlaşdırılıb

18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

Cənubi Koreya bu il Ukraynaya 200 milyon dollar humanitar yardım edəcək

Tramp Nyu-Yorkda Polşa Prezidenti ilə görüşüb

Dövlət Departamenti: Biz Azərbaycan və Ermənistanın sülh səylərini qətiyyətlə dəstəkləyirik

Media: İsrail Pasxa bayramından əvvəl İrana qarşı cavab tədbirləri görməyəcək

Dekabrın 15-i Türk Dili Günü kimi qeyd edilə bilər

“Lufthansa” Avropada ən çox uçuş ləğv edən aviaşirkətdir

MDU Dubayda keçirilən Ali Təhsil Liderlik Forumunda təmsil olunur

Aİ: Ukraynaya təcili olaraq hava hücumundan müdafiə sistemləri verilməlidir

Netanyahu Devid Kemerona: Öz qərarlarımızı özümüz verəcəyik

İsveç Malmö polisi “Avroviziya-2024” ərəfəsində gücləndirilmiş təhlükəsizlik tədbirləri görür

Çempionlar Liqası: “Bavariya” və “Real Madrid” yarımfinalda qarşılaşacaq

Yunanıstanda qiymət artımına qarşı tətillər keçirilir

Blinken Çinə dörd günlük səfər edəcək

Tbilisidə etiraz aksiyasının iştirakçıları hökumət evinə qədər yürüş ediblər

BMT: Hindistan əhalisinin sayına görə Çini ötərək dünyada birinci yerdədir

Baş nazir: Gürcüstanda heç bir xarici qüvvə inqilab təşkil edə bilməz

Ali Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının baş katibi ilə görüş olub

ABŞ İsrailə dəstək üçün 26 milyard dollar vəsait ayırmağı nəzərdə tutur

Media: İsrail bazar ertəsi İrana cavab zərbəsi endirməyi planlaşdırıb

Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri açıqlanıb

Opera və Balet Teatrı İtaliyada milli klassik baletimizlə çıxış edəcək

Gürcüstanın Baş naziri: Arqumentsiz bəyanatlar hakim partiyanın qərarına yenidən baxılmasına əsas ola bilməz

Yüksək Liqa: “Azərreyl” finala yüksəlib

Rusiyadan idxal edilən dondurulmuş toyuq məhsulunda bakteriya aşkarlanıb

Zelenskinin iştirakı ilə Ukrayna-NATO Şurasının növbəti iclası keçiriləcək

Sergey Markov: Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması iki ölkə arasındakı razılaşmalara əsasən həyata keçirilir

“BDU məzunları” layihəsi çərçivəsində Aqil Abbasla görüş

Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviqi ilə bağlı Sərəncamdan irəli gələn tədbirlərə dair iclas keçirilib

Bilyard Federasiyasının prezidenti: Avropa çempionluğu tarixi nəticədir

Türkiyənin müxtəlif ölkələrlə qurduğu ilk diplomatik münasibətlərini əks etdirən kitab nəşr olunub

Parlamentdə sağlam ailə modelinin hüquqi aspektləri ilə bağlı dinləmə keçirilib

Şimali Makedoniya ictimaiyyəti Cənubi Qafqazdakı reallıqlar barədə məlumatlandırılıb

Rusiyalı deputat: Qarabağın Azərbaycana məxsus olması ilə bağlı artıq heç kim mübahisə etmir

Azərbaycanın AQEM-də 2024-2026-cı illər üzrə sədrliyinin mümkün prioritetləri və planları müzakirə edilib

® ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verilib

Azərbaycan bilyardçısı: Avropa çempionu olmaq qürurverici hissdir

Milli Məclisdə Xəzər dənizinin Azərbaycana aid bölməsində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsinin müzakirəsi olub

Elektron Təhlükəsizlik Xidməti məktəbliləri kibertəhlükəsizliyə dair məlumatlandırıb

Mer: Xarkov ikinci Hələbə çevrilmək təhlükəsi ilə üz-üzədir

Laçın hava limanı “Phoenix” hava hərəkətinə nəzarət sistemi ilə təchiz ediləcək

“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində 36 nömrəli tam orta məktəbdə tədbir

Tatarıstanla iqtisadi əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

ADNSU-nun tələbəsi karate üzrə dünya çempionu olub

Avropa çempionu olan Azərbaycan bilyardçısı Vətənə qayıdıb

“Qızıl Şah” çempionatında peşə məktəblərini təmsil edəcək komanda üzvlərinin seçim mərhələsi başa çatıb

Müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyinə dair tədbir keçirilib

“Güclü cəmiyyətin zərif simaları” adlı layihə çərçivəsində görüşlərə başlanılır

Kişi voleybolçular arasında Azərbaycan çempionatının ilk finalçısı bəlli olub

Bakıda Rusiya kinosu günləri keçiriləcək

Türkiyədən Qəzzaya daha bir “yaxşılıq gəmisi” yola düşüb

Mingəçevir Dövlət Universitetində Beynəlxalq elmi konfrans keçirilir

Fransanın özünün timsalında “küskün” obrazı yaratmaq cəhdi gülüncdür - ŞƏRH

IRENA Assambleyasının 14-cü sessiyası panel iclasları ilə davam edir

UNEC-in rektoru buraxılış imtahanında 300 bal toplayan abituriyentlə görüşüb

Hematoloq: Qandurulaşdırıcılardan nəzarətsiz istifadə qanaxmalara səbəb ola bilər

Fransa Mayotda uğursuz əməliyyatdan sonra yenisini başlayır

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edəcək

Beynəlxalq Sosial Təminat Assosiasiyasının rəhbər şəxsləri ilə əməkdaşlıq məsələləri müzakirə olunub

BMT: 1994-cü ildən bəri dünyada ana ölümləri 34 faiz azalıb

Daha dörd qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

“Cümhuriyyət məfkurəsi” kitabı çapdan çıxıb

Banqladeşdə yol-nəqliyyat qəzasında 11 nəfər ölüb

Mikroplastik orqanizmdə fizioloji dəyişikliklərin yaranmasına səbəb olur

Avropa İttifaqı ilə Orta Dəhlizin inkişafına dair görüş keçirilib

Fransa Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə uyğun fəaliyyətlərinə dözümsüzlük göstərir - RƏY

® “Rabitəbank” 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb

Aİ ölkələrinin hərbi büdcələri son iki ildə 20 faiz artıb

Osman Mert: Türk dünyasında ümumı orfoqrafiya anlayışı formalaşmalıdır

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Azərbaycan Dillər Universitetində olub

Şuşa şəhərinin “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı fəaliyyət planı hazırlanacaq - SƏRƏNCAM

Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Abituriyentlər ixtisas seçərkən diqqətli olmalı, keçənilki ballara etibar etməməlidirlər – RƏY

İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi şəxs saxlanılıb VİDEO

Azərbaycan Avropa çempionatında 18 boksçu ilə təmsil olunacaq

Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib VİDEO

Nigeriya COP29-da aktiv iştirak etmək üçün hazırlıqlara başlayır

UNICEF: Sudanda məktəbyaşlı uşaqların 90 faizi təhsil ala bilmir

Bəstəkarlar İttifaqında Xalq artisti Süleyman Ələsgərovun 100 illiyi qeyd olunub

BMT-nin İnkişaf Proqramının nümayəndəsi Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı görülən işlər barədə məlumatlandırılıb

Peskov: Rusiya və Türkiyə prezidentləri arasında təmaslarda fasilə yoxdur

Beyləqanın Xocavənd qəsəbəsində 900 ağac əkilib

Fransa polisi Olimpiya Oyunları ərəfəsində insanları Parisdən təxliyə etməyə başlayıb

BMU ilə Varşava Texnologiya Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub

Ukraynada ağır cinayətlər törədən erməni əsilli hərbçi 12 il həbs cəzasına məhkum edilib

Ermənistanın sərhəd təxribatları İrəvanın sülhdən uzaq olduğunu göstərir - RƏY

Nizami rayonundakı şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb

AMEA-da özbək ədəbiyyatı tarixinə dair monoqrafiya hazırlanır

AzMİU tələbəsi ABŞ-ın Kolumbiya Universitetində təhsil alacaq

Ankarada yeni “Azərbaycan dilinin orfoqrafiya lüğətinin” təqdimatı keçirilib