DÜNYA


Hər gün İspaniyada, orta hesabla, 120 maşın qaçırılır

Madrid, 11 iyun, AZƏRTAC

İspaniyada, orta hesabla, ildə 42 min, gün ərzində 120 maşın qaçırılır. AZƏRTAC bunu İspaniya Daxili İşlər Nazirliyinə istinadla bildirir.

Son vaxtlar oğrular yolsuzluq avtomobillərinə üstünlük verirlər. Ölkədə ən çox Almaniya istehsalı olan avtomobillər oğurlanır. İkinci yeri Yaponiya, üçüncü yeri Britaniya və İsveç avtomobilləri tutur.

İspaniya maşınların ən çox oğurlandığı üç ölkədən biridir. Bu siyahıda ilk iki yeri İtaliya və Böyük Britaniya tutur.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.