MƏDƏNİYYƏT


“Hər günə bir şeir” adlı onlayn müsabiqəyə yekun vurulub

Bakı, 15 sentyabr, AZƏRTAC 

Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin bu ilin avqust ayında başladığı “Hər günə bir şeir” adlı onlayn müsabiqəsi bu gün yekunlaşıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, layihə Azərbaycan və dünya ədəbiyyatının ən gözəl poeziya nümunələri ilə oxucuları tanış etmək, onların bədii və estetik zövqünü formalaşdırmaq, oxu vərdişlərinə yiyələnmələrinə nail olmaq, poeziyaya qarşı sevgi hisslərini aşılamaqla yanaşı, istedadlı oxucuları üzə çıxarmaq məqsədilə həyata keçirilib.

Oxucuların böyük marağına səbəb olan müsabiqədə iştirak etmək üçün Bakı şəhəri üzrə kitabxanaların əməkdaşları, oxucular, tələbə və müəllimlərlə yanaşı, respublikamızın bəzi bölgələrindən çox sayda müraciətlər daxil olub.

Layihə bir çox mədəniyyət və təhsil müəssisələri tərəfindən dəstəklənib.

Müsabiqədə məktəb yaşlı və yuxarı yaş qruplarına daxil olan həvəskar qiraətçilər iştirak ediblər. Müsabiqənin şərtlərinə uyğun olaraq hər yaş qrupuna görə I, II və III yerlərin qalibləri müəyyən olunub.

Qaliblər fəxri fərman və kitab hədiyyələri ilə mükafatlandırılacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.