MƏDƏNİYYƏT


“Hər günə bir şeir” layihəsinə respublikamızın bölgələrindən olan izləyicilər də qoşulublar

Bakı, 7 sentyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin başlatdığı “Hər günə bir şeir” layihəsi çərçivəsində keçirilən müsabiqəyə respublikamızın bəzi bölgələrindən olan poeziya həvəskarları da qoşularaq iştirak ediblər.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, oxucuların böyük marağına səbəb olan müsabiqəyə Bakı şəhəri üzrə kitabxanaların əməkdaşları, daimi oxucular, tələbə və müəllimlərlə yanaşı, respublikamızın bəzi bölgələrindən də müraciətlər daxil olur.

Qax rayon Mərkəzi Kitabxanasının şöbə müdiri Aytən Məhyəddinova Fikrət Qocanın “Məhəbbət”, Salyan rayon Mərkəzi Kitabxanasının şöbə müdiri Vəfa Əbilova Etibar Cavadın “Yaşat məni”, Şəki Regional Mədəniyyət İdarəsi Qax rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Ləkit kitabxanasının əməkdaşı şairə Solmaz Əliqızı "Yazığım gəlir", Qax rayon MKS-nin 2 nömrəli Şəhər Kitabxanasının əməkdaşı Aygül Rəhimli Musa Yaqubun "Öyrətmə özünə, öyrətmə məni" şeirləri ilə müsabiqəyə qoşulublar.

Sevindirici haldır ki, Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin həyata keçirdiyi bu layihəni bütün mədəniyyət və təhsil müəssisələri dəstəkləyir.

Sentyabrın 15-dək nəzərdə tutulan bu müsabiqədə məktəb yaşlı və yuxarı yaş qruplarına daxil olan həvəskar qiraətçilər iştirak edə bilərlər. Şərtlərə görə hər yaş qrupuna görə I, II və III yerlərin qalibləri müəyyən olunaraq mükafatlandırılacaq.

Müsabiqənin məqsədi ədəbiyyata, yazarlarımıza, poeziyaya qarşı sevgi hisslərini aşılamaq, istedadlı oxucuları üzə çıxarmaqdan ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.