DÜNYA


Hər il dünyada ərzaq məhsullarının 17 faizi məhv edilir

Vyana, 7 mart, AZƏRTAC

Dünyada satılan ərzaq məhsullarının 17 faizi istifadəyə yararlı olduğu halda tullantıya çevrilir.

AZƏRTAC xəbər verir ki, BMT-nin Ətraf Mühit Proqramı (UNEP) 2019-cu ilin göstəriciləri əsasında bu barədə hesabat hazırlayıb. Hesabatda qeyd edilir ki, 2019-cu ildə 931 milyon tondan artıq istifadəyə yararlı ərzaq məhsulu fərdi mənzillər, restoranlar, dükan və digər qida istehsalçıları tərəfindən tullantı konteynerlərinə atılıb. Bu isə il ərzində dünya əhalisi arasında adambaşına 121 kiloqram ərzaq tullantısı deməkdir və həmin tullantının 74 kiloqramı məişət şəraitində yaranır.

Hesabatda qeyd edilib ki, kasib və ya yoxsul ölkə olmasından asılı olmayaraq, bütün ölkələrdə ərzaq israfçılığı baş verir və pərakəndə satış şəbəkələrindən alınan və istifadəyə yararlı ərzaq məhsullarının bir hissəsi məhv edilir.

Eyni zamanda vurğulanıb ki, 2019-cu ildə dünya əhalisinin 700 milyon nəfəri yetərincə ərzaqla təmin edilə bilməyib. UNEP-in rəhbəri İnqer Andersen bildirib ki, ərzaq məhsullarının tullantıya çevrilməsinin qarşısının alınması dünyada havaya buraxılan zərərli qazların həcmini məhdudlaşdıra, torpaq fondundan istifadəni azalda və bu yolla da təbiətin qorunmasını təmin edə bilər. Eyni zamanda ərzaq məhsullarının əlçatan olması, aclıq səviyyəsinin aşağı salınması və resurslara qənaət üçün imkanlar açıla bilər. İ. Andersen hökumət, şirkət və insanları bu məsələyə həssas yanaşmağa və səylərini artırmağa çağırıb.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Bern

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.