REGİONLAR


Hər il təqribən 600 min kənd təsərrüfatı məhsulları istehsalçısı dövlət dəstəyindən bəhrələnmişdir

Bakı, 9 fevral (AZƏRTAC). Hər il təqribən 600 min kənd təsərrüfatı məhsulları istehsalçısı dövlət dəstəyindən bəhrələnmişdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri Heydər Əsədov Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransdakı çıxışında bildirmişdir.

Nazir demişdir ki, ötən dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarına istifadə edilən yanacağın, motor yağlarının və mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin ödənilməsi, eləcə də buğda və toxum istehsalının stimullaşdırılması məqsədilə dövlət büdcəsindən ümumilikdə 663 milyon manat məbləğində subsidiyanın verilməsi təmin olunmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.