Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Hər kəs özünü koronavirus infeksiyasından qorumalı və bu yolla bugünkü şəraitdə həkimlərə dəstək göstərməlidir

Hər kəs özünü koronavirus infeksiyasından qorumalı və bu yolla bugünkü şəraitdə həkimlərə dəstək göstərməlidir

Bakı, 28 oktyabr, AZƏRTAC

Son günlər ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayının kəskin artımı çox böyük narahatlıq doğurur.

AZƏRTAC xəbər verir ki, mövcud vəziyyəti şərh edən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib: “Yeni növ koronavirus (COVID-19) infeksiyası ölkəmizin bütün bölgələrində aşkarlanıb, lakin bəzi bölgələrdə vəziyyət daha ciddidir. Bəzi bölgələrdə yoluxma daha yüksək rəqəmlərlə ifadə olunduğuna görə lokal olaraq həmin ərazilərdə karantin rejimi daha sərtləşdirilib, cənub bölgəsində, Şəki və Mingəçevirə giriş-çıxış bağlanılıb. Elə regionlar var ki, orada xəstəlik ciddi şəkildə yüksələn xətlə gedir.

Hazırda ölkəmizdə azğın düşmənlərin işğal etdikləri torpaqlarımnızdan çıxarılması uğrunda haqq savaşı aparılır. Biz hələ sentyabrın 27-dən əvvəl də həkim və tibb işçilərini qorumaq barədə çağırışlar edirdik. Bu günlərdə Ümumdünya Səhiyyə Təşkilatı “Koronavirus və yorğunluq” məqaləsini dərc edib. Orda da haqlı olaraq qeyd olunur ki, uzun aylardan bəri pandemiya ilə aparılan mübarizədə hamı yorulub. Lakin bəlkə də ən çox yorulan həkim və tibb işçiləridir, çünki onlar artıq doqquz aya yaxındır ki, sərt rejimdə fəaliyyət göstərirlər. Qısa bir müddətdə onlar rahat nəfəs almağa imkan tapdılar və bundan az sonra indi artıq xəstəliyin ikinci dalğası baş qaldırıb. “Gözəgörünməz” düşmənlə mübarizə aparıldığı bir vaxtda sağlamlıq keşikçiləri düşmən üzərində ümumi qələbəyə öz töhfələrini vermək, bu sahədə zabit və əsgərlərə dəstək göstərmək istəyirlər. Lakin koronavirusa yoluxanların sayı artdıqca hansısa tibb müəssisələrini yenidən pandemiya xəstəxanası kimi istifadə etməyə məcbur oluruq və həmin xəstəxanalar bir gün, bəzən bir neçə saat ərzində dolur. Bir xəstəxananın ortalama çarpayı fondu 200-300 arası olur. İndiki yüksək yoluxma şəraitində tibb müəssisəsi bir günün içində xəstələrlə yüklənmiş olur. Hər şey çarpayı ilə həll olunmur, xəstələrə qulluq edən tibb personalına böyük ehtiyac var. Ona görə də bunu dərk edən hər kəs özünü koronavirus infeksiyasına yoluxmaqdan qorumalı və bu yolla bugünkü şəraitdə həkimlərə dəstək göstərməlidirlər”.

Şöbə müdiri deyib: “Maska xəstəlikdən qoruyur, özü də təkcə koronavirusdan yox. Təcrübə göstərir ki, koronavirusla mübarizə dönəmində kəskin respirator virus infeksiyalarına yoluxanların sayı azalıb. Başqa sözlə desək, maska taxılması təkcə koronavirusdan deyil, bütün respirator və tənəffüs yolu ilə yoluxa bilən xəstəliklərdən qoruyur. Bu yaxınlarda dərc olunan bir araşdırmada deyilir ki, maskanın taxılması peyvənd kimi sipər rolu oynayır. Onu da etiraf edək ki, maska taxılması tam şəkildə xəstəlikdən qorumur, müəyyən miqdar viruslar ondan keçə bilər, lakin həmin viruslar xəstəlik törətmək iqtidarında yox, az miqdarda olur və insanda bəlli bir immunitet yarada bilir. Yəni, maska mütləq şəkildə taxılmalıdır. Onun vasitəsilə özümüzü, yaxınlarıımzı və ətrafımızda olanları qorumalıyıq.

Sosial şəbəkələrdə və bəzi dairələrdə maskadan çox istifadə edilməsinin ziyanlı olduğu və guya hansısa xəstəliyə səbəb olması barədə məlumatlar dolaşır. Pandemiya başlamamışdan əvvəl heç kimdən maskadan istifadə edilməsi tələb olunmurdu. Hazırda isə bu, bizim üçün məcburi bir addımdır. Hər kəs özünü çox ağır bir xəstəlikdən qorumalıdır. Əlbəttə, xəstəlik olmadığı təqdirdə heç kəsdən maska taxması xahiş edilmirdi. Maskanın ziyanlı olması barədə danışanlara demək istəyirəm ki, həkimlər, cərrahlar, əməliyyat otağında çalışan tibb işçiləri demək olar ki, günün çox hissəsini maskada keçirirlər. Onların hansısa ağciyər və ya digər xəstəliyə tutulması barədə statistika yoxdur. Lakin bu gün onun taxılması məcburi bir addımdır və bizə vacib lazımdır”.

TƏBİB-in şöbə müdiri son günlər yoluxmanın artımı barədə danışarkən bunun başlıca səbəbini davranışla əlaqələndirib: “Doğrudur, biz payız-qış mövsümündə xəstəliyin artım sürətini gözləyirdik. Lakin hələ havalar soyumayıb. Ona görə də yüksəlişi havaların kəskin soyuması və kəskin respirator virus infeksiyasının artımı ilə əlaqələndirə bilmərik. Deməli, burda daha çox davranış problemləri var, sentyabrda yoluxma səviyyəsinin aşağı enməsi bir qədər arxayınçılıq və rahatlıq yaratdı. Digər bir səbəb son bir ayda baş verən hadisələr nəticəsində kütləvi toplaşma və təmasların artması, bir sıra mərasim və toplaşma zamanı sosial məsafənin gözlənilməsinin və maska taxılmasının tamamilə unudulması oldu”.

Y.Qarayeva ölkəmiz tərəfindən alınacaq koronavirusa qarşı peyvənd barədə məlumat verərək deyib: “Peyvənd immunitet yaratmaq qabiliyyətinə malik olmalı, eyni zamanda, fəsad və əks-təsir yaratmamalıdır, onun istifadəsi və saxlanılma qaydaları rahat olmalıdır. COVID-19-u keçirənlər bilməlidirlər ki, həmin xəstəliyi keçirməyin hansı müddətə immunitet yaratdığı hələ məlum deyil. Elə adamlar var ki, xəstəliyi keçirəndən sonra onun orqanizmində anticisimləri yoxlayarkən onlarda yüksək titr aşkarlanır. Lakin elələri də var ki, yoxlama zamanı heç bir titr aşkarlanmır. Bu, o deməkdir ki, xəstəlik keçirmək onları qorumur. Bəlkə də onlar özlərini daha çox qorumalıdırlar, çünki bir dəfə bu ağır xəstəliyi keçiriblər. Ola bilər ki, onların ağciyər və tənəffüs orqanlarında hansısa fəsadlar qalıb, həmin şəxslərin təzədən koronavirusa və ya qripə yoluxması çox ciddi fəsada səbəb ola bilər. Ona görə də hamı bilməlidir ki, peyvənd olduğu təqdirdə eyni vaxtda hamıya vurula bilməz, ilk növbədə, risk qruplarına vurulacaq. Hətta onun istehsalına başlanılsa da, hamıya yetəcək miqdarda da olmayacaq. Bu gün hətta qrip peyvəndinə o qədər böyük tələbat var ki, hər arzusunda olan ölkə onu əldə edə bilmir, çünki tələbat çox böyükdür”.

O, peyvənd barədə fikirlərinə əlavə edərək deyib: “Hətta bəzən adi bir qidadan allergik reaksiya yaranır. Elə insan var ki, hamının sevdiyi və rahat qəbul etdiyi hansısa qida məhsulu onun orqanizmində anafilaktik şoka səbəb olur. Ona görə də hər hansı dərman preparatının hansısa əks-təsiri olduğunu unutmamalıyıq. Ən adi “parasitomol” dərmanının annotasiyasını açıb oxuyanda onun hansısa təhlükəli nəticələr verə biləcəyi qorxu hissi doğurur. Ona görə də peyvəndin özünün də bir dərman vasitəsi olduğunu unutmamalıyıq və fərdi olaraq kimlərdəsə müəyyən fəsad verə bilər. Ona görə də peyvəndin istifadə qaydasında kimlərin və necə istifadə etməsi barədə qaydalar öz əksini tapacaq. Adətən virus peyvəndləri texnoloji olaraq toyuq yumurtası hüceyrələrində əmələ gətirilir və orada məxsusi olaraq göstərilir ki, məsələn, yumurtaya, toyuq ətinə və s. allergiyası olanların istifadə etməsi məqbul deyil. Bütün dərman preparatlarına, hətta fərdi olaraq qida məhsullarına da hansısa əks-təsir meydana çıxa bilər. Ona görə də bütün sınaq mərhələlərini keçmiş peyvənddən ehtiyat etməməliyik. Hələlik isə ölkəmizə COVID-19-la əlaqədar heç bir peyvənd gətirilməyib və gətirmək fikrimiz də yoxdur. Məqsəd ondan ibarətdir ki, həqiqətən təsirli, lakin əks-təsiri olmayan, immunitet yarada bilən peyvənd istehsal olunacaqsa, Azərbaycan da onu ilk ala bilən ölkələrin sırasında olsun”.

“Vaxtilə Avropada H1N1 adlandırılan “donuz qripi” milyonlarla insanın həyatına son qoydu. Hazırda həmin virusa qarşı hansısa təsirli bir dərman preparatı olduğunu desək, doğru olmaz. Müəyyən vaxtdan sonra insanla virus arasında gedən proseslər nəticəsində uyğunlaşmalar olur. Düzdür, həmin virusa yoluxanlar uzun müddət ağır fəsadlarla üzləşir, öskürür, lakin ölümə səbəb olmur və ötüb keçir. Belə bir nəzəri fikir var ki, müəyyən vaxt keçəndən sonra həmin virusla insan arasında da uyğunlaşma mexanizminin ortaya çıxması mümkündür. Məsələ burasındadır ki, COVID-19 yeni virusdur, onda başqa viruslarda olmayan yeni xüsusiyyətlər üzə çıxır. Məsələn, yoluxmanın kəskin dönəmində deyil, sonrakı dönəmində daha kəskin fəsadlar meydana çıxır. Qətiyyən demək olmaz ki, birinci dəfə yoluxanlar xəstəliyi daha yüngül, ikinci dəfə yoluxanlar daha ağır keçirirlər. Bizim üçün yoluxma sayından çox ağır xəstələrin sayı narahatlıq doğurur. Hazırda ölkəmizdə 200-dən çox xəstə reanimasiya şöbəsində müalicə alır və onlardan 42 nəfər süni tənəffüs aparatına qoşulub. Yoluxanların çoxunun evdə müalicə alması da bir qədər rahatlıq doğurur, amma daha çox reanimasiyada olanlar üçün narahatlıq keçiririk, çünki onların yataqda müalicə olunması daha uzun çəkir və vəziyyətdən çıxmasına olan ümid daha az olur,” - deyə TƏBİB-in şöbə müdiri fikrinə yekun vurub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda seminar keçirilib

BDU-da respublika elmi konfransı: 1918-ci il mart soyqırımı tarixi tədqiqatlarda

Türk dünyasında törədilən soyqırımları və onların nəticələri – konfrans

Neftçalada özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

Musiqili Teatrda Lütfəli Abdullayevin xatirəsi anılıb

BDU Elmi şurasının növbəti iclası

Culfada Yaycı soyqırımı qurbanlarının xatirəsi anılıb

Sofiya Universitetində “Yaz paralelləri: Azərbaycan-Bolqarıstan” sərgisi təşkil olunub

Baş katib: MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurası Bakıda toplaşacaq

Sırski: Rusiya Xarkova hücum etsə, bura onlar üçün “ölümcül şəhər" olacaq

Pakistan Azərbaycanla İKT sahəsində gənclərin mübadiləsi proqramına başlamaq niyyətindədir

31 Mart – azərbaycanlıların soyqırımı tarixin hələ tam açılmamış səhifələrindəndir

Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Harvard Universitetinin təqaüdçüsü: Məqsədim Azərbaycanda astrofizika sahəsini daha çox inkişaf etdirməkdir - EKSKLÜZİV

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Premyer Liqa: “Neftçi” səfərdə “Qəbələ”ni məğlub edib

BDU-nun 105 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlanacaq

Azərbaycanlı şahmatçılar beynəlxalq turnirdə qələbə qazanıblar

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Kürdəmirdə vətəndaşları qəbul edib

Naxçıvanda ilk dəfə maralfalfa bitkisi əkilib

Milli Kitabxanada Əli Tudənin anadan olmasının 100 illiyi qeyd edilib

Azərbaycan-Çin əlaqələri - tarixi İpək yolundan başlanan dostluq

® “Azercell” gənclərin informasiya texnologiyaları sahəsində inkişafını dəstəkləməyə davam edir

BMT-nin İnkişaf Proqramı çərçivəsində COP29-la bağlı potensial tərəfdaşlıq müzakirə olunub

Ədəbiyyat Muzeyində “Soyqırımlarının qıra bilmədiyi sarsılmaz iradə” mövzusunda elmi sessiya keçirilib

Qubada aqrar sahənin investisiya imkanları və yeni çağırışlar müzakirə olunub

Rusiya XİN: Ermənistan quru yerdə qala bilər

® “Rabitəbank”dan yüksək keşbekli əməkhaqqı kartı!

Ceyhun Bayramov: Sülh prosesinin irəlilədilməsi istiqamətində yeni çağırışlar yaradan bir sıra addımlar prosesə maneə törədir

Biləsuvarda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan elmi konfrans keçirilib

Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb

Xabi Alonso “Bayer”də qalacağını açıqlayıb

Harvard Universiteti qədim kitabın cildindən insan dərisini çıxarıb

Naxçıvanda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi konfrans keçirilib

AZAL martın 31-dən yay uçuş cədvəlinə keçir

“Bülbülün qonaqları” rubrikası növbəti dəfə Məmməd Səid Ordubadiyə həsr olunub

Məktəblərdə direktor müavini vəzifəsinə işə qəbul üzrə təkrar müsahibə keçirilir

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

Mərkəzi Gömrük Hospitalında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib

Quba şəhərindəki kütləvi məzarlıq 1918-ci il mart soyqırımının qanlı tablolarından biridir - elmi konfrans

“Telegram”da yeni funksiyalar olacaq

Təhsil müəssisəsində aşkar edilən qanunsuzluqlarla bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

XƏBƏRDARLIQ: Hava şəraiti dəyişəcək, külək, yağış, qar, daşqın və sel gözlənilir

Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır

Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək

Aşqarlar Kimyası İnstitutunda mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb

“Everton”un sabiq futbolçusu ömürlük həbs oluna bilər

Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb

Gənclərə ətraf mühitin qorunması, alternativ enerji mənbələri mövzularında təlim keçirilib

31 Mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı

Məhkumların uşaqları həm əyləndi, həm öyrəndi

Tovuzda 40 yaşlı kişini “tok” vurub öldürdü VİDEO

“2026-cı ilə qədər 6000 keçmiş məcburi köçkünün peşə təliminə cəlb olunması nəzərdə tutulub” - AÇIQLAMA

® Mərkəzi Gömrük Hospitalının həkimi Almatıda keçirilən beynəlxalq elmi-praktik konfransda məruzə ilə çıxış edib

® “PAŞA Qrup” şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib

"Aqroservis" ASC-nin sədr müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlarla tanış olub

“AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzində “FileSender” xidməti istifadəyə verilib

Azərbaycan alimi nüfuzlu jurnalın redaksiya heyətinin üzvü seçilib

® “Unibank” biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır

Turizm və Menecment Universitetində 1918-ci il mart soyqırımına həsr olunan tədbir keçirilib

Türk Mədəniyyəti və İrsi Fondunun növbəti layihəsi – “Turk Discovery” yutub platforması

Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar

BMU-da Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

Ömür boyu eyni yerdə işlədi, İkinci Dünya müharibəsindən sonra Türkiyəyə yollanmış atasını tapdı... Vəfalı oldu

Kukla Teatrında növbəti xeyriyyə aksiyası

Almaniyada kimlər daha çox pensiya alır?

Aqrar sığorta eksperti təlimi üçün müraciət müddəti uzadılıb

Havada toz müşahidə olunur

Mart soyqırımı amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdəndir RƏY

Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir

Ceyhun Kərəmov: Böyük Qayıdış regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır - YENİLƏNİB VİDEO

Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək

İsveçrənin hidrogen qatarı rekord vurub

“Meta” səsimizi dinləyirmi? Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ VİDEO

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2015-ci il 19 may tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb

Tədqiqat: Təbii və süni dadlandırıcılar qanda şəkəri azaldır

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib VİDEO

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Yaz mövsümü və allergik xəstəliklər

Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub

Deputat: Mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdəndir

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb

Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik