ELM VƏ TƏHSİL


Hər kəsin özünü və başqalarını qorumaq məsuliyyəti yoluxmanın qarşısının alınması üçün əsas amillərdən biridir

Bakı, 1 iyul, AZƏRTAC

Bir neçə aydır ki, bütün dünya COVID-19 pandemiyası ilə üz-üzədir. Çox təəssüf ki, bu qəfil bəla Azərbaycanımızdan da yan keçmədi. Pandemiyanın ilk günündən başlayaraq dövlətimiz bu bəladan maksimum az itkilərlə çıxmaq üçün mühüm tədbirlər həyata keçirir. Ancaq məlumdur ki, bu bəlanın öhdəsindən gəlmək təkcə dövlət orqanlarının əlində deyil. Hər bir fərdin özünü və başqalarını qorumaq məsuliyyəti yoluxmanın artmaması üçün əsas amillərdən biridir və bunu ilk gündən Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva xalqa müraciətlərində dəfələrlə bildiriblər.

Bu fikri AZƏRTAC-a açıqlamasında AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli söyləyib. O deyib: “Vətəndaşlarımızdan bir xahişim, bir ricam, bəlkə də bir yalvarışım var: bir sıra insanların bilərəkdən, ya bilməyərəkdən yaydığı təxribat xarakterli, guya pandemiyanın müəyyən qlobal qüvvələr tərəfindən məqsədli şəkildə ortaya atıldığı haqqında xəbərlərə aldanmayın! Sərt karantin rejiminin tələblərinə riayət etməklə biz həm özümüzü, həm də ətrafımızdakıları, bütövlükdə isə xalqımızı qorumuş oluruq. Prezidentimizin dəfələrlə dediyi kimi, axı bu, o qədər də çətin bir iş deyil. Bu gün dövlətimizin başçısı bu tələblərə ciddi əməl etməklə nümunə göstərirsə, biz nə üçün ondan örnək götürməyək?

Gözəgörünməz düşmənə qarşı yeganə silahımız - sərt karantin rejimi qaydalarına ciddi əməl etməklə qələbəmizi yaxınlaşdırmaqdır! Əminəm ki, taleyin sınaqlarına dəfələrlə mərdliklə sinə gərib qalib çıxmış qəhrəman xalqımız bu dəfə də ən yaxşı ənənələrimizə sadiq olduğunu göstərəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.