ELM VƏ TƏHSİL
“Hər kitab bir xəzinədir” adlı sosial layihə yekunlaşıb
Bakı, 30 aprel, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən təşkil olunmuş “Hər kitab bir xəzinədir” adlı sosial layihə başa çatıb.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, layihədə məktəbli, valideyn və pedaqoji işçilər iştirak ediblər. İştirakçılar mütaliə etdikləri kitabdan bəyəndikləri hissəni oxuyaraq 1 dəqiqəlik videogörüntü formatında #HərKitabBirXəzinədir həştəqi ilə feysbuk sosial şəbəkəsində paylaşıblar.
Qeyd edək ki, Dünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş layihənin əsas məqsədi oxu vərdişlərini inkişaf etdirmək və kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [16:57]
Aşqarlar Kimyası İnstitutunda mart soyqırımı qurbanlarının xatirəsi anılıb
- 29.03.2024 [16:21]
Azərbaycan alimi nüfuzlu jurnalın redaksiya heyətinin üzvü seçilib
- 29.03.2024 [16:09]
BMU-da Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub
- 29.03.2024 [16:00]