MƏDƏNİYYƏT


“Hər kitab öz oxucusunu tapmalıdır” adlı tədbir təşkil olunub

Bakı, 29 iyul, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası “Hər kitab öz oxucusunu tapmalıdır” adlı tədbir keçirib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirin məqsədi fondda olan sənədlərin elmi, tarixi, bədii dəyəri haqqında kitabxananın əməkdaşlarına ətraflı məlumat verməklə onlara oxuculara kitabla xidmət işində yaxından kömək etməkdir.

Kitabxananın əməkdaşı, Moskvada çap olunan “Vətən çağırır” qəzetinin baş redaktoru, yazıçı-publisist Gülsüm Adilqızının Aprel döyüşlərində şəhid olan vətənimizin mərd, mübariz oğulları haqqında çap etdirdiyi “Murad ömrü” və “Şəhidlik zirvəsinin fatehləri”, Ş.Sultanov və K.Sultanovun “Görkəmli adamların səyahəti” seriyasından “Ömər Xəyyam”, o cümlədən “Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu” kitablarının təqdimatını edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.