ELM VƏ TƏHSİL


Hər qrup üzrə ən nüfuzlu ixtisaslar müəyyən edilib

Bakı, 25 iyun, AZƏRTAC

Ötən il abituriyentlər Azərbaycan bölməsində I qrupda ən çox Bakı Dövlət Universitetinin riyaziyyat müəllimliyi, II qrupda Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə, III qrupda Azərbaycan Dillər Universitetinin xarici dil müəllimliyi (ingilis dili üzrə), IV qrupda Azərbaycan Tibb Universitetinin tibb, V qrupda Azərbaycan Dövlət İqtisad Universitetinin dizayn (sahələr üzrə) ixtisasına üstünlük veriblər.

AZƏRTAC xəbər verir ki, bu məlumat 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu və ümumtəhsil müəssisələri üzrə buraxılış imtahanları ilə bağlı Dövlət İmtahan Mərkəzinin elmi-statistik hesabatında yer alıb.

Hesabatda bildirilir ki, I ixtisas qrupu istisna olmaqla, digər bütün ixtisas qruplarında Azərbaycan və rus bölməsinin abituriyentlərinin seçimi eyni olub. I ixtisas qrupunda rus bölməsinin abituriyentləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının kompüter elmləri ixtisasına üstünlük veriblər.

Hər bir ixtisas üzrə müsabiqə vəziyyəti təkcə həmin ixtisası seçən abituriyentlərin sayından deyil, həm də həmin ixtisas üçün ayrılmış plan yerlərinin miqdarından asılı olur. Bir qayda olaraq, abituriyentlərin sayının artması müsabiqə vəziyyətinin yüksəlməsinə, plan yerlərinin artması isə müsabiqə vəziyyətinin düşməsinə səbəb olur. Bu baxımdan, müsabiqə vəziyyəti ixtisasın nüfuz səviyyəsini tam ifadə edə bilməz. Nəzərə alsaq ki, ərizədə birinci yerdə göstərilən ixtisas abituriyentin istəyinə ən çox uyğun olandır, deməli, ixtisasın nüfuzunu həmin ixtisasın abituriyent ərizələrində birinci yerdə göstərilməsinin sayı əsasında müəyyənləşdirmək daha düzgün olar. Aparılan müqayisə zamanı müsabiqədə iştirak etmək üçün ümumi bala qoyulan tələb 200-dən az olan ixtisaslar nəzərə alınmayıb. Bu qayda ilə hər qrupun ən nüfuzlu ixtisası müəyyənləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.