Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Hər zaman onun filmlərinin əvvəli, bu yazı - “filmin sonu”...

Hər zaman onun filmlərinin əvvəli, bu yazı - “filmin sonu”...

Bakı, 7 fevral, AZƏRTAC

Rejissorluğu ilə kino sənətimizə yeni nəfəs gətirən Tofiq Tağızadə gərgin axtarışları və istedadı sayəsində milli kino tariximizin müxtəlif dövrlərini əhatə edən, bir-birindən bənzərsiz sənət nümunələri yaradıb. Onun çəkdiyi filmlər sənətkarın mənalı ömür yoluna işıq saçır. Bu gün görkəmli kino rejissoru, Xalq artisti Tofiq Tağızadənin anadan olmasının 100-cü ili tamam olur.

AZƏRTAC bu münasibətlə yazıçı-publisist, tanınmış jurnalist Tahir Abbaslının görkəmli sənətkarla bağlı qələmə aldığı yazısını təqdim edir.

Onun ləqəblərindən biri idi “kino-zadə”. Ayrıca bir “Tofiq Tağızadə çağı” yaşanıb Azərbaycanın kinematoqrafiyası tarixində. Həmin çağlarda o, “zakadr” əhalinin çoxunun xəbərsiz olduğu perspektiv-konspirativ nüanslar, səsi sonralar çıxası çox epizodlar verib kinokadrlarda. O, flaqman-kameraman kimi də ad-san qazanıb, fenomenal rejissor, universal kino xadimi kimi də.

“Kino-dəsgah”, “kino-geniy”, hətta hərdən “kino-tum” tandemləri ilə adlandırırdılar onu. “Çay dəsgahı”, “Şur dəsgahı” kimi tərkiblərin nə pəsgah-pəstahlar ifadə etdiyini yaxşı bilənlər bu “sinema-adam”ın kinematoqrafiya aləminə (“əlbəsə”lərindən tutmuş, ta “göz-söz” “çöz-yoz”, “zaman-məkan”, “fon-ton” həndəsələrinədək) necə bələd olmasından tam hali olduqları üçün onu belə hallandırırdılar...

Sözümü (lətifəsi “gəlişigözəl” ifadəsindən iraq) bir yarımbaşlıqla davam etmək istəyirəm:

Gəlişiözəl...

Bəli, sənətkarlığı da, həyatı da xeyli qəribəliklərlə müşahidə olunmuş Tofiq Tağızadənin gizli “ilk”, açıq ömürlük məhəbbət işinə gəlişi də sıradan bir qəbilli olmayıb. O, böyük kino təsərrüfatının “qara işlər”inə çox yubanmasa da, müstəqil rejissorluq görəvinə bir qədər gec - otuz beş yaşında gəlib. Amma artıq Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (Moskva) kinorejissorluq fakültəsini bitirmiş (1953), “Azərbaycanfilm” kinostudiyasında - zahirən “başıaşağı” təzə işçi kimi, daxilən isə çox yüksək fazalı bir energetika ilə fəaliyyətə başlayıb. Özü də - 7 fevral 1919-cu il təvəllüdlü bu diribaş “bakılı balası” öz qəribə əda-sədaları ilə ətrafına qaynar bir müasirlik, ustad bir gələcək vəd edərək gəlib. Bu “avans”-perspektivi 1955-ci ildə tamamlayıb böyük ekrana təhvil verdiyi “Görüş” filmi ilə təsdiqləyib. Həmin filmdəki “Rejissor: Tofiq Tağızadə” titri ilə sübut edib ki, bu sirli aləmə xeyli gec gəlsə də, son dərəcə güc gəlib.

Yuxarıda bir termin işlətdim:

Tandem

Ekranyönüm yazarlarımızın, kinoşünaslarımızın ümumi qənaətinə görə, Tofiq Tağızadə Azərbaycan kinosuna (qaçılmaz sovetizm-sosializm qatqarları tərəddüdü ilə desək - milli kinomuza) özünəməxsus yeni nəfəs, orijinal baxış gətirmişdir. O, öz istedadı sayəsində qapalı sovet zəmanəsinin kameralara yasaq etdiyi milli duyğularımızı, məxfi nüanslarımızı da ekran “reklam”ına çıxarır, tamaşaçı ilə səssiz, bəzən pantomim mükalimələrə girir, böyük sənət vəhdətli “mən”i ilə bütün statik-statistik ümum “sən”ləri üzbəüzləşdirir, ekran-salon “tərəf-müqabilləri” arasında problemlərin fövqəlhəll tandemini, sənət-cəmiyyət duallığını yaradırdı.

Deməli, ilk rejissura işi olan “Görüş”dən və bu müxtəsər “giriş”dən sonra, güman edirəm, onun çox məqamlarda nail olduğu “kinoçuluq-tamaşaçılıq” tandemi yaratma kimi özünəməxsusluğu barədə arxayınçılıqla bəhs etmək olar.

Öncə bu “həmcins” üzv-sözlərin açması. Yəni bu birləşmədə iki tərəf ehtiva olunur - ekranın “o tayındakılar” (aktyorlar) və bu tayındakılar (biz). Məndə belə bir ehtimal yaranıb ki, kino-seans zamanı bu “tərəf”lər arasında, az qala, proporsional bir izləmə situasiyası yaşanır; biri bilavasitə, o biri bilavasitə. Qəribə səslənsə də deyim ki, Tofiq Tağızadə bütün filmlərində gözə işləyib, baxışlar dramaturgiyası yaradıb. Onun özünün seçdiyi aktyorlarda və əlbəttə, ssenarilərə əsaslanaraq yaratdığı obrazlarda baş “qəhrəman” gözlər, baxışlar, bütün psixolojilikləri sərf-nəzər edən nəzərlərdir. Sözsüz ki, bunların təqdimatında kinooperatorun da rolu az deyil, ancaq axı, baş proqram-layihə sahibi rejissordur! İndi, gəlin, bu sayaq nümunələrə elektron-media vasitələrindən tam fərqli olan qəzet, yazı-pozu imkanları daxilində baxaq. Bəri başdan bunu da deyim ki, sözügedən nüans onun çəkdiyi on üç filmin hər birində qabarıq alınıb - yəni bu seçimdə heç bir xəyali-əyani püşkə ehtiyac yoxdur. Və yəqin ki, o filmlərin hər birindən göz önünə çəkib “göstərəcəyimiz” o ən dramaturji əzaların iki-üçündən artığına da ehtiyac yoxdur.

Filmləri barədə fraqmentlər

“Arşın mal alan” (1965). Bu filmdəki Gülçöhrə ilə Əsgəri istisna edib (çünki təbii, bütün enerji, maddi-mənəvi maya baş qəhrəmanlara qoyulur!), bütün xəyal-göz diqqətimizi qulluqçu Tellinin, qardaşqızı Asyanın və nökər Vəlinin üz-gözlərinə yönəldək. Gözümüzü çəkmədən fikirləşək: əgər bu min bir sözlü gözlər olmasaydı (və ya məsələ yalnız aktyorların “dubl”larsız baxışları ümidinə qalsaydı), o iki qızın qəlbindəki ər umu-həsrəti, ailə arzu-muradlarını təkcə sözün bəyanı ilə bu qədər heyrətamiz reallıq və əlahəzrətamiz sentimentallıqla qavraya biləcəkdikmi? 

“Dədə Qorqud” (1975). “Qoşa badam sığmayan dar ağızlım”, “bəy ərənlər, “dünya-mənimdir” - deyənlər!”, “Xanım, hey!” və sair bu kimi gözəl kəlmələr, saysız kəlamlar, sözlər. Bəs, digər saysız-hesabsız məsələləri, həcm darlığı üzündən ssenarist qələmindən “yayınmış” mətləbləri necə verməli? Əlbəttə, rejissorun fəhm-fantaziya “göz”ləri ilə! Buradakı yaramazlıq, rəzillik eşqi ilə parlayan, xislət alçaqlıqlarını sənət yüksəkliklərinə qaldıran bir cüt gözü görürsünüzmü? Yalıncığın bərəlmişlərini deyirəm...

Bir də kirpik-kadr çalın və “nə ağlarsan, nə sızlarsan, nə bozlarsan” simfoniyası bəstələyən baxışlara baxın. Onun dili ekranın “o tay”ındakı dustaq “tamaşaçı”ya “oğul, oğul!..” deyir, gözləri isə “bu tay” tamaşaçılara (xalqa) belə-belə fikirlər aydırır: “göz yaşlarına gömül, “mərə kafir”lərin bizə verdiyi tarixi zülmlərdən ayıl, bir ol, yüz bir doğul!.. Bu söylənməz sözləri Dədəmizin “evdən çıxıb yürüyəndə sərv boylum” deyə öydüyü gözəlin - “boyu uzun Burlaxatun”un bəbəkləri nəql edir...

Növbəti “göz ovu” məsələsini belə başlamaq istərdim: “Uzaq sahillərdə”ki (1958) gözlərdən heç nə yayınmayıb. Özü də buradakı gözlər seyri-təsviri dialoqdan çox, qeyri-tətbiqi monoloq ərz edirlər. Əksəriyyəti konspirativ (“konslagerativ” termini də keçdi könlümdən) “status”lu baxışlar – Anjelika - Mixaylo kirpik-körpülü nəzərlər istisna edilməklə. Mayor Şulsun “şeytandır, iblisdir!”, Mazellinin “...deyərsən sinyor Ma “Faust”u ucadan oxuyurdu”, Rosselininin “Oo... xatırladım, gül satan qız”, Luicinin “Həmin dalğa, həmin koordinat” və sonda Veselinin atasının Mehdiyə “Yox, mən də səninlə qalacağam!” epizodlarındakı gözlərin hər biri ayrılıqda müstəqil bir kino-baxış vahidi, ansamblda isə mükəmməl göz-söz qalereyası təsiri bağışlamırmı?..

Və canlı həyat pavilyonlarından, o dövrlərdə (elə həmişə) kino-teatr salonlarından, ekran qarşısından eşidilən -

“Zakadr” səs-sözlər...

Kino-telestudiya və yazı-pozuculuqda tez-tez işlədilən “kadrarxası”, “mətnaltı”, “şüuraltı” kimi sözlər var ki, onlardan birini də - Tofiq Tağızadə fəndlərinə rəğmən bəndəniz “icad” edir: “fikirarxası”. Açması çox da asan olmayan bu “termin”in düyünü Tağızadə filmlərindən beş-üç epizodun misal gətirilməsinə bənddir ki, tam aydınlaşsın.

Həmin epizodları gözlərimiz önünə gətirərkən, gərək o filmlərin yaradıldığı dövrün cövrü-cəfalarını da xatırlayaq. Məsələn, 1959-cu ildə çəkdiyi “Əsl dost” filmində onun bəlli “dost” haqda “milli” sovet tostu deməkdən başqa nə çarəsi qalırdı? “Babamızın babasının babası”ndakı (1981) məzlum babanın sinninin “Lenin baba”mızın yaşından da artıq olduğunu vermək üçün quzu mələrtisindən başqa, daha nə kimi “tryuk”a əl atmaq olardı?

Onun filmlərinin bir çoxunda bəzən məsələnin “astar”ı üzündən (məxfi milli “fikirarxası”lar ehtiyacı üzündən) daha baha, daha güclüdür. “Yeddi oğul istərəm”də (1970) yürütdüyü məqamlar isə (kinotənqidin də gəldiyi mülahizələrə uyğun) xüsusi vurğuya layiqdir. Bəziləri Gəray bəyin özünü güllələdiyi epizodda onun (əslində, bəyliyin) içəri girib qapını bağladığı (yəni keçmişin “kitabının bağlanması”) an ilə komsomol Bəxtiyarın - bolşevizmin - digər bir qapını açması anını rejissorun sovetlərin perspektivini təsdiq tryuku kimi aşkarlayır. Amma elələri belə bir nüansı da etiraf etmirlər ki, rejissor burada “bir şirinin xətrinə yüz acı” məsəlini göyərdib. Yəni yeddi komsomol “yoldaş”ın bir bəyə gücü yetməməsi, üstəlik, o bəyin özünə açdığı atəşdən də bərk və öldürücü səslənən qəhqəhəsi (və hələ “komsomol kişi”sinin qadına əl qaldırması)!

Gəlin, onun “Uzaq sahillərdə” kinoşedevrinə bir də yanaşaq. Həm də ona görə ki, Tofiq Tağızadənin özü də kinoya - bu böyük sənət səltənətinə müharibə alovlarından keçib gəlmiş, barmaqlarından birini səngərdə qoyub qayıtmışdı. Bu filmdə isə belə bir milli sənət “barmağı” da var ki, çoxları hələ o vaxtlar da bunun fərqinə varmamışdı. Bu, bizim doğma Mehdi -“Mixaylo”muzu, bir çox rusofil rejissorlar kimi yarısovet (rus) balası kimi yox, tərtəmiz Azərbaycan övladı kimi təqdim edilməsi cəsarətindən ibarət bir ibrət! Nə vardı - ssenaridən kənara çıxıb, “Mixaylo”ya bir-iki “qardaş sovet” kəmərbəstələri qoşub-quraşdırıb, onun “böyük qardaş” filiallarını yaratmağa...

...Hər zaman onun filmlərinin əvvəli, bu yazı-“filmin sonu”...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb

Quterreş Azərbaycan və Ermənistanı münasibətlərin normallaşması üçün bütün məsələləri həll etməyə çağırıb

Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib

Ekvadorda enerji böhranı ilə əlaqədar iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb