CƏMİYYƏT


Hərbçi yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub

Bakı, 18 avqust, AZƏRTAC

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mirzoev Elmar Elçin oğlunun odlu silahdan açılan atəş nəticəsində aldığı güllə yarasından vəfat etməsi faktı ilə bağlı Ağdam hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, istintaqla cinayətin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Rzayev Bəhruz Sübhan oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.

Bəhruz Rzayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.