REGİONLAR


Hərbçilər üçün bayram konserti

Sumqayıt, 19 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt Regional Mədəniyyət İdarəsinin C.Cabbarlı adına Mədəniyyət Evinin özfəaliyyət kollektivlərinin üzvləri “Gənclik” klubu ilə birgə “N” saylı hərbi hissədə konsert proqramı ilə çıxış edib. Konsert Dövlət Müstəqilliyi Gününə həsr olunub.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət Evinin özfəaliyyət kollektivinin üzvü Əliağa Tapdıq hərbçiləri bayram münasibətilə təbrik edib, Dövlət Müstəqilliyi Gününün tarixi haqqında geniş məlumat verib.

Sonra kollektivin solisti Adil Səfərovun ifasında Azərbaycan bəstəkarlarının mahnıları dinlənilib. Tədbirdə Mədəniyyət Evinin qiraətçisi Lumuxanım Fərzəliyevanın ifasında vətənpərvərlik mövzusunda səslənən şeirlər şəxsi heyət tərəfindən alqışlarla qarşılanıb.

Sonda hərbi hissənin komandiri, polkovnik-leytenant Həsən Mahmudov Dövlət Müstəqilliyi Günü münasibətilə şəxsi heyət qarşısında maraqlı konsert proqramı ilə çıxışına görə C.Cabbarlı adına Mədəniyyət Evinin kollektivini fəxri fərmanla təltif edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.