İDMAN
Hərbçilərin dünya çempionatında Azərbaycanın daha iki idmançısı finala vəsiqə qazanıb
Bakı, 23 sentyabr, AZƏRTAC
Makedoniyanın paytaxtı Skopyedə Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) himayəsi altında keçirilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatının üçüncü günündə - sentyabrın 23-də yunan-Roma güləşi üzrə idmançılarımız yarışlara qatılıblar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Boris Traykovski adına İdman Mərkəzində keçirilən çempionatda dörd idmançımız - Murad Məmmədov (59 kq), Həsən Əliyev (71 kq), Sənan Əlimirzəyev (75 kq) və Kamran Məmmədov (66 kq) xalça üzərinə çaxaraq bir-birinin ardınca parlaq qələbələr qazanıblar. Birinci görüşlərində az xal fərqi ilə məğlub olan S.Əlimirzəyev və M.Məmmədov növbəti qarşılaşmalarında rəqibləri üzərində qələbələr qazanaraq üçüncü yer uğrunda mübarizə aparmaq imkanı əldə ediblər. H.Əliyev və K.Məmmədov isə bütün rəqiblərini məğlub edərək finala vəsiqə qazanıblar. Bugünkü yarışların final görüşləri axşam saatlarında keçiriləcək.
Çempionatın sərbəst güləş yarışlarına artıq yekun vurulub. Sentyabrın 22-də sərbəst güləş yarışlarında Azərbaycan idmançıları üç, o cümlədən bir qızıl, bir gümüş və bir bürünc medal qazanıblar.