SİYASƏT


Hərbi Akademiyada elmi-praktiki seminar keçirilib

Bakı, 31 oktyabr, AZƏRTAC 

Azərbaycanın və Almaniyanın Müdafiə nazirlikləri arasında 2018-ci il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, Silahlı Qüvvələrin Hərbi Akademiyasında “Hərbi təhlükəsizlik siyasəti” mövzusunda elmi-praktiki seminar keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə almaniyalı ekspertlər Hərbi Akademiyanın dinləyiciləri, eləcə də hərbi strategiya sahəsində çalışan professor-müəllim heyətinə mühazirələr oxuyublar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.