ORDU
Hərbi Akademiyanın Təkmilləşdirmə Kursunun növbəti buraxılışı keçirilib
Bakı, 25 iyul, AZƏRTAC
Silahlı Qüvvələrin Hərbi Akademiyasının Təkmilləşdirmə Kursunun 51-ci buraxılışı keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mərasimdə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azad edilməsi uğrunda şəhid olmuş zabit və əsgərlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi, general-leytenant Heydər Piriyev müdafiə naziri general-polkovnik Zakir Həsənovun adından buraxılış münasibətilə zabitləri təbrik edib.
Sonda məzunlara sertifikatlar təqdim olunub və xatirə şəkli çəkdirilib.