SİYASƏT


Hərbi Dəniz Qüvvələri genişmiqyaslı təlim çərçivəsində tapşırıqları icra edir

Bakı, 14 noyabr, AZƏRTAC

Hərbi Dəniz Qüvvələri (HDQ) Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi çərçivəsində qarşıya qoyulan tapşırıqları icra edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, plana uyğun olaraq HDQ-nin idarəetmə qrupuna müdaxilələr əsasında daxil olan məlumatlar xəritə üzərinə işlənilir.

Təlimə cəlb olunan gəmi taktiki qrupları Xəzər dənizinin əməliyyat zonasında tapşırıqları dəqiq və effektiv icra edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.