SİYASƏT


Hərbi Dəniz Qüvvələrində “Ən yaxşı gəmilər divizionu” adı uğrunda müsabiqə keçirilib VİDEO

Bakı, 28 oktyabr, AZƏRTAC

Cari ilin döyüş hazırlığı planına əsasən, Hərbi Dəniz Qüvvələrində “Ən yaxşı gəmilər divizionu” adı uğrunda müsabiqə keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müsabiqənin əsas məqsədi bölmələrin döyüş hazırlığının daha da yüksəldilməsi, ixtisas və peşə fəaliyyətləri üzrə hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də ən yaxşı gəmilər divizionunun müəyyən olunmasıdır.

Üç mərhələdən ibarət müsabiqədə ilk olaraq şəxsi heyətə, silah və texnikaya baxış keçirilib. Sonra hərbi hissədə qoşun xidmətinin təşkili və maddi-texniki vasitələrin saxlanma şəraiti yoxlanılıb.

Sonda atəş hazırlığı və digər taktiki normativləri icra edən bölmələrin döyüş hazırlığı qiymətləndirilib. Yekun mərhələnin nəticələri təhlil edildikdən sonra qaliblər komandanlıq tərəfindən mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.