SİYASƏT


Hərbi Dəniz Qüvvələrində “Əsgərə məktub” layihəsi keçirilib

Bakı, 15 dekabr, AZƏRTAC 

“ASAN xidmət” nəzdində fəaliyyət göstərən “ASAN Könüllüləri” Hərbi Dəniz Qüvvələrində “Əsgərə məktub” layihəsini keçirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Layihənin mahiyyəti barədə məlumat verildikdən sonra vətəndaşlarımız tərəfindən matroslara ünvanlanan məktublar hərbi qulluqçulara təqdim olunub və oxunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.