SİYASƏT


Hərbi Dəniz Qüvvələrində Rusiya Xəzər Flotiliyasının hərbi gəmilərinin heyətləri ilə görüş keçirilib

Bakı, 20 sentyabr, AZƏRTAC

Dostluq səfəri ilə ölkəmizdə olan Rusiya Federasiyası Xəzər Flotilyasının hərbi gəmilərinin heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) nümayəndələri ilə işçi görüşü keçirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, HDQ-nin qərargahında keçirilən görüşdə Azərbaycan Hərbi Dəniz Qüvvələri ilə Rusiya Federasiyası Xəzər Flotiliyası arasında dostluq münasibətləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.