SİYASƏT


Hərbi Hava Qüvvələrinin Su-25 hücum təyyarələri döyüş atışlı uçuş məşqləri keçirib VİDEO

Bakı, 13 iyul, AZƏRTAC 

Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) aviabazalarından birində yerləşən Su-25 hücum təyyarələri döyüş atışlı uçuş məşqləri keçirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, uçuş heyətinin döyüş hazırlığının artırılması və yüksək səviyyədə saxlanılması məqsədilə planlı uçuşlar gündüz və gecə vaxtı icra olunub.

Bazalanma aerodromlarından qrup şəklində uçuşlar edən aviasiya vasitələri poliqonlarda işarələnmiş və havadan işıqlandırılan şərti düşmənin yerüstü hədəflərinə müxtəlif kalibrli aviasiya bombaları və raketlərlə hava zərbələri endiriblər.

Planlı məşqlər zamanı qarşıya qoyulan tapşırıqlar uçuş heyəti tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib və döyüş atışlarının nəticələri yüksək qiymətləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.