ORDU
Hərbi Hava Qüvvələrinin bölmələrin idarəedilməsi və texniki-nəzarət mərkəzinin açılışı olub
Bakı, 5 noyabr, AZƏRTAC
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Hərbi Hava Qüvvələrinin modernləşdirilməsi çərçivəsində bölmələrin idarəedilməsi və texniki-nəzarət mərkəzinin açılışı olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə iştirak edən müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti döyüşü idarəetmə məntəqəsinə, rabitə qovşağına, idarəetmə cihazlarının test və təmiri laboratoriyasına, idarəetmə üzrə mütəxəssislərin hazırlanması üçün nəzərdə tutulmuş simulyatorlara, eləcə də digər xidməti və inzibati otaqlara baxış keçiriblər.
Müdafiə nazirinə məruzə edilib ki, mərkəzin təyinatı müxtəlif növ hərbi aviasiyanın uçuşlarının idarəedilməsi, həmçinin döyüş tapşırıqlarının dəqiq və effektiv icrasının təmin edilməsidir.
Mərkəzdə yaradılan şəraitlə tanış olan müdafiə naziri hərbi hava qüvvələrinin komandanlığına müvafiq tapşırıqlar verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [13:10]
Hərbi Dəniz Qüvvələri və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir
- 23.04.2024 [13:21]
Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib VİDEO
- 23.04.2024 [12:19]
“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümüdür
- 21.04.2024 [15:45]
Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib
- 21.04.2024 [13:09]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 20.04.2024 [15:24]