ORDU
Hərbi Hava Qüvvələrinin helikopter bölmələrinin taktiki-uçuş məşqləri keçirilib VİDEO
Bakı, 8 aprel, AZƏRTAC
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Hərbi Hava Qüvvələri (HHQ) helikopter bölmələrinin taktiki-uçuş məşqləri keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aviasiya vasitələrinin ümumqoşun hissələrinə havadan atəş dəstəyinin həyata keçirilməsi üzrə tapşırıqlar yerinə yetirilib. Məşqlərin praktiki hissəsində bazalanma aerodromlarından uçuşlar edən helikopterlər poliqonlarda şərti düşmənin yer hədəflərini döyüş atışları ilə məhv ediblər. Taktiki-uçuş məşqləri zamanı qarşıya qoyulan tapşırıqlar helikopter ekipajları tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.
Döyüş atışlarının nəticələri yüksək qiymətləndirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [11:28]
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO
- 18.04.2024 [12:27]
Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər VİDEO
- 16.04.2024 [10:20]
ƏÜO istismarda olan avtomobil texnikalarına texniki baxış keçirilib
- 14.04.2024 [20:44]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 14.04.2024 [17:19]