SİYASƏT


Hərbi Hava Qüvvələrinin hərbi hissəsinin 27-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib

Bakı, 14 fevral, AZƏRTAC 

Hərbi Hava Qüvvələrinin “N” saylı hərbi hissəsinin 27-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səsləndirilib.

Polkovnik Elşad Pənahov müdafiə naziri, general-polkovnik Zakir Həsənovun və müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirovun adından şəxsi heyəti əlamətdar gün münasibətilə təbrik edib, onlara xidmətdə uğurlar arzulayıb.

O, çıxışında dövlət rəhbərliyinin Azərbaycan Ordusuna, o cümlədən HHQ-yə diqqət və qayğısı sayəsində şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, aviabazaların maddi-texniki təminatının gücləndirilməsi, uçuş və texniki heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb.

Çıxış edənlər ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən islahatları qeyd edərək hərbi pilotlarımızın torpaqlarımız uğrunda gedən döyüşlərdə göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrini xatırlayıblar.

Tədbir Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinin konsert proqramı ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.