SİYASƏT


Hərbi Hava Qüvvələrinin təlim-döyüş uçuşları keçirilir VİDEO

Bakı, 24 sentyabr, AZƏRTAC 

Azərbaycan Respublikasının Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, Hərbi Hava Qüvvələrinin (HHQ) təlim-döyüş uçuşları keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, uçuşlar zamanı əsas diqqət müxtəlif hündürlüklərdə və sürətlərdə hücum və müdafiə manevrlərindən istifadə edərək pilotaj texnikasına yönəldilir. Müasir manevrli hava döyüşlərinin aparılması üzrə tapşırıqların yerinə yetirilməsi zamanı təyyarələrin ekipajları növbə ilə düşmənin yer hədəflərinin aşkarlanması və məhv edilməsi tapşırıqlarını yerinə yetirirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.