SİYASƏT


Hərbi Hava Qüvvələrinin yeni hərbi hissəsi istifadəyə verilib VİDEO

Bakı, 2 noyabr, AZƏRTAC 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər davam etdirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti HHQ-nin yeni hərbi hissəsinin açılışında iştirak edib, burada hərbi qulluqçular üçün yaradılmış şəraitlə tanış olublar.

Müdafiə Nazirliyinin rəhbərliyi hava hücumundan müdafiə bölmələrinin döyüş texnika və vasitələrinə, yeni istifadəyə verilən qərargah, əsgər yataqxanası, yeməkxana, sıra meydanı, tibb məntəqəsi, hamam-qazanxana, digər xidməti və inzibati otaqlara baxış keçirib.

Məruzə olunub ki, yaradılan şərait şəxsi heyətin gündəlik xidmətinin təşkilinə müsbət təsir göstərəcək, habelə hava məkanımızın daha etibarlı qorunması məqsədilə döyüş hazırlığı və döyüş növbətçiliyinin yüksək səviyyədə təşkili və aparılmasını təmin edəcək.

Sonra müdafiə naziri hərbi hissənin silahlanmasındakı zenit-raket komplekslərinə baxış keçirib və HHQ-nin Döyüşü İdarəetmə Mərkəzində olaraq komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.