SİYASƏT


Hərbi Liseydə kursantların andiçmə mərasimi keçirilib VİDEO

Bakı, 14 sentyabr, AZƏRTAC

Tədris ilinin başlanması münasibətilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə yeni qəbul olan kursantların andiçmə mərasimi keçirilib.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri, liseyin şəxsi heyəti, müəllimlər, valideynlər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Tədbirdə gənc kursantlar təbrik edilib, onlara gələcək xidmətlərində uğurlar arzulanıb.

Sonra kursantlar sıra meydanında şərəf andı içiblər.

Kursantlar hərbi orkestrin müşayiəti ilə lisey marşını ifa etdikdən sonra şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib.

Mərasimdə çıxış edənlər kursantlara Vətənə, dövlətə və Ali Baş Komandana, Şərəf andlarına sadiq olmalarını, nümunəvi, nizam-intizamlı xidmət etməyi, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini tövsiyə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.