SİYASƏT


Hərbi Liseydə şəhid mayor Asiman Əliyevin xatirəsi yad edilib VİDEO

Bakı, 6 noyabr, AZƏRTAC

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olan mayor Asiman Əliyevin anım mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mərasimdə liseyin zabit, kursant, müəllim heyəti, şəhidin ailə üzvləri, Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Şəhid Asiman Əliyevin həyat və döyüş yolundan bəhs edən videoçarx nümayiş olunub.

Şəhidin atası Vaqif Əliyev övladı haqqında xatirələrini bölüşüb, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.

Çıxış edənlər Vətən müharibəsində qazanılan Qələbədə göstərilən qəhrəmanlıqlardan, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun şücaəti nəticəsində şəhidlərimizin intiqamının döyüş meydanlarında alındığından danışıblar. Qeyd olunub ki, şəhidlərimizin adları tarixdən heç vaxt silinməyəcək, qəhrəmanlıqları unudulmayacaq və xatirələri hər zaman ehtiramla yad ediləcək.

Sonda Hərbi Liseyin kursantlarının ifasında vətənpərvərlik ruhunda musiqi nömrələri ifa olunub, şeirlər səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.