Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Hərbi Prokurorluqda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunan konfrans keçirilib

Bakı, 25 noyabr, AZƏRTAC

Noyabrın 25-də Hərbi Prokurorluqda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş “Müstəqillik dövründə Azərbaycan Prokurorluğunun inkişafı, əldə olunmuş uğurlar və qazanılmış nailiyyətlər” mövzusunda konfrans keçirilib.

Hərbi Prokurorluqdan AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə qurumun inzibati binasında ulu öndər Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyaraq Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Azərbaycan Respublikası baş prokurorunun müavini - hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev tədbiri giriş sözü ilə açaraq, respublikamızın 25 illik müstəqillik tarixinə nəzər salıb. Dövlət müstəqilliyinin son 23 ilində əldə olunmuş uğurların ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu, müstəqilliyin qorunub saxlanmasında dahi rəhbərin misilsiz xidmətlərini xüsusi vurğulayan hərbi prokuror ərazi baxımından kiçik dövlət olan Azərbaycanın Ulu Öndərin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində böyük uğurları ilə dünyanın diqqət mərkəzinə çevrildiyini bildirib. X.Vəliyev ulu öndər Heydər Əliyevin fəaliyyətinin, Ümummilli Liderin şəxsiyyətinin müasir Azərbaycanın müstəqillik tarixinin ayrılmaz hissəsini təşkil etdiyini diqqətə çatdırıb. Hərbi prokuror xalqımızın Ulu Öndərin siyasətinə sadiqliyinin və bu gün həmin yolun ən layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü siyasətə tam dəstək verməsinin, iqtidarla xalqın vəhdətinin formalaşmasının Azərbaycanın nail olduğu və gələcəkdə qazanacağı uğurların təməlini təşkil etdiyini söyləyib. Xalqımızın Heydər Əliyev siyasətinə, bu kursu uğurla və zamanın tələblərinə uyğunlaşdıraraq yüksək bacarıqla davam etdirən Prezident İlham Əliyevə inamının əbədi və dönməz olduğu xüsusi vurğulanıb.

Respublika hərbi prokuroru xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin 1993-cü ilin ikinci yarısından başlayaraq, həyata keçirdiyi müdrik dövlətçilik siyasəti nəticəsində bütün dövlət qurumları ilə yanaşı, Azərbaycan Prokurorluğunun da demokratik məzmunlu dövlət təsisatı kimi tamamilə yenidən formalaşdırıldığını, dövlətçiliyimizin mühüm sütunlarından birinə çevrildiyini, onun sədaqəti ilə seçilən kadr korpusunun yaradıldığını, ölkəmizdə reallaşdırılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində milli prokurorluq orqanlarının müasir məzmunda yeniləşdirilməklə cəmiyyətdə statusuna uyğun yerini tutduğunu qeyd edib.

Dövlət tərəfindən prokurorluq orqanlarına daim hərtərəfli diqqət və qayğı göstərildiyini vurğulayan X.Vəliyev bu qurumların fəaliyyətinin daha da təkmilləşdirilməsi və əməkdaşların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlərin görüldüyünü bildirib. Prokurorluq orqanlarının müasir dövrün yüksək tələblərinə cavab verən dövlət təsisatı səviyyəsində təkmilləşdirilməsində Prezident İlham Əliyevin 2008-ci il 27 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın xüsusi əhəmiyyətə malik olduğu diqqətə çatdırılıb. Məhz həmin proqramın icrası nəticəsində Azərbaycan Prokurorluğunun tarixində yeni, hərtərəfli müasirləşmə dövrünün əsasının qoyulduğu, digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqəli fəaliyyətin təkmilləşdirildiyi, müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunmaqla mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradıldığı, bütün istiqamətlər üzrə işin səmərəliliyinin və əməkdaşların peşəkarlığının yüksəldildiyi, habelə yeni nəsil prokurorluq işçilərinin formalaşdırıldığı, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində konkret tədbirlərin həyata keçirildiyi qeyd edilib.

Digər hüquq mühafizə orqanları kimi, Hərbi Prokurorluğun kollektivinin də ölkəmizdə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizə, Silahlı Qüvvələrdə nizam-intizamın gücləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi istiqamətində uğurlu nəticələr əldə etdiyi vurğulanıb.

Azərbaycanda ordu quruculuğu məsələlərinə toxunan X.Vəliyev Prezident, Ali Baş Komandan İlham Əliyevin bu məsələni daim diqqət mərkəzində saxlaması nəticəsində Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirildiyini, onun yeni və müasir silahlarla təchiz olunduğunu bildirib. Məhz bu diqqət və qayğının nəticəsində bu gün Azərbaycan Silahlı Qüvvələrinin Cənubi Qafqaz regionunda ən güclü orduya çevrilərək Ali Baş Komandanın əmri ilə torpaqlarımızı düşmən işğalından hər an azad etmək qüdrətinə malik olduğu qeyd edilib.

Sonra Respublika Hərbi Prokurorluğunun əməkdaşları - ədliyyə polkovnik-leytenantı Fərid Şükürov, ədliyyə mayoru Fərid Seyidov və ədliyyə kapitanı Cavid Xəlilov tədbirdə çıxış edərək müstəqillik illərində Azərbaycanda beynəlxalq standartlara uyğun prokurorluq orqanlarının formalaşdırılması, hərbi prokurorluq orqanlarının fəaliyyəti, insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması sahəsində Hərbi Prokurorluq tərəfindən görülmüş işlərdən danışıblar.

Tədbirdə iştirak edən Milli Məclisin deputatları Musa Quliyev və İlham Məmmədov, Respublika Veteranlar Şurasının sədr müavini Cəlil Xəlilov Azərbaycanın müstəqillik illərində qazandığı nailiyyətlərdən söz açıblar.

Konfransa yekun vuran X.Vəliyev əminliklə qeyd edib ki, Respublika Hərbi Prokurorluğu bundan sonra da öz işini göstərilən yüksək etimad səviyyəsində qurmaq üçün bütün zəruri tədbirlərin görülməsini təmin edəcək, dövlətçiliyimizin maraqlarının müdafiəsi işində səylərini əsirgəməyəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar

Otuz ölkəni təmsil edən xarici ekspertlərin iştirakı ilə Laçında konfrans işə başlayıb

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu çərçivəsində gənclərlə görüş keçirilib

® Mərkəzi Gömrük Hospitalında “Son mərhələ qaraciyər xəstəliyi və viral hepatitlər" mövzusunda elmi konfrans keçirilib

AQTA bazar rəhbərlərinə xəbərdarlıq edib

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq

Regional sabitliyə əsaslanmış Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası başlayıb YENİLƏNƏCƏK

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub YENİLƏNİB

“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir

Cənubi Koreyanın dörd avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır

Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz

Ankarada Türk dövlətlərinin kosmik texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edilir

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin nümayəndə heyəti UNEC-də olub

Mirhəsən Həsənov: Metsamor Atom Elektrik Stansiyası region dövlətləri üçün böyük təhlükə mənbəyidir

BANM-də beynəlxalq elmi konfransların açılışı olub

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir

“Könüllülərə yol açırıq” - satış sərgisi

Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA

Famil Ağayev: Bəlkə də mövsüm ərzində "Azərreyl"ə qalib gəlməyimiz bizi arxayınlaşdırdı

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq ŞƏRH

Azərbaycanda vergiödəyicilərinin sayı 7 faizdən çox artıb

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib

Başqırdıstan istehsal etmədiyi məhsulları Azərbaycandan idxal etmək istəyir

Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edib

Aprelin 25-də hava əsasən yağmursuz keçəcək

Beynəlxalq təşkilat Fransanı nümayiş hüququnu məhdudlaşdırmaqda günahlandırır

Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər

Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı - elmi-praktik konfrans

Danimarkada Makedoniyalı İsgəndərin təsviri olan qədim bəzək əşyası aşkarlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub

Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır

Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

“Azərbaycanın müasir müdafiə sənayesi” - BMU-da tələbələrlə görüş

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb VİDEO

Filippində istidən altı nəfər ölüb

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib

ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi keçirilib

KOBİA sədri: Başqırdıstan iş adamlarına tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik

“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik

“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib

Qazaxıstanda daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Havaya normadan artıq tullantı atan restoranların səlahiyyətli nümayəndələri barədə akt və protokol tərtib olunub

Fukuşima AES-dən suyun okeana axıdılması dayandırılıb

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Çində Rusiya ilə bağlı mövzuları da müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub VİDEO

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO