SİYASƏT


Hərbi alpinistlərimiz “Xocalıya ədalət!” ekspedisiyasında iştirak edirlər VİDEO

Bakı, 17 fevral, AZƏRTAC 

Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Türkiyə ərazisində Ağrı dağına ekspedisiya təşkil olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ekspedisiyada Hərbi Hava Qüvvələrinin zabitləri polkovnik-leytenant Zal Nəbiyev, baş leytenant Ülvi Məmmədli, eləcə də Azərbaycan Alpinizm Federasiyasının təcrübəli alpinistləri Rüfət Qocayev və Nemət Ağayev iştirak edirlər.

Hərbi alpinistlərimiz Ağrı dağının 5157 metrlik zirvəsinə qalxaraq Azərbaycan və Türkiyə bayraqlarını dalğalandıracaq, Xocalı faciəsi zamanı qətlə yetirilən insanların fotolarını zirvəyə yerləşdirəcəklər.

Səfərdən əvvəl iştirakçılar Xocalı soyqırımına həsr olunan “Ana harayı” abidəsinin önünə gül dəstələri qoyaraq, faciə qurbanlarının xatirələrinə ehtiramlarını bildirəcəklər.

Ekspedisiya martın 1-dək davam edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.