SİYASƏT


Hərbi alpinistlərin iştirakı ilə “Qarabağ Azərbaycandır” adlı alpinist ekspedisiyası təşkil edilib

Bakı, 19 iyun, AZƏRTAC

Azərbaycan Ordusunun yaradılmasının 103-cü ildönümü münasibətilə Hərbi Hava Qüvvələrinin bir qrup hərbi qulluqçusunun və “Qartal” Dağçılıq İdman Klubunun təcrübəli alpinistlərinin iştirakı ilə alpinist ekspedisiyası təşkil olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Qarabağ Azərbaycandır” adlı alpinist ekspedisiyasının üzvləri Böyük Qafqaz sıra dağlarının Bazardüzü massivində (hündürlüyü 4301m) yerləşən “Zəfər” zirvəsinə yola düşüblər. Hərbçilərin iştirak etdikləri alpinist ekspedisiyası hava şəraiti nəzərə alınaraq iyunun 19-dan 28-dək keçiriləcək.

Ekspedisiyanın rəhbəri polkovnik-leytenant Zal Nəbiyev və “Qartal” Dağçılıq İdman Klubunun rəhbəri Rüfət Qocayev fəth ediləcək zirvəyə yola düşməzdən əvvəl digər alpinistlərlə birlikdə Şəhidlər xiyabanı və İkinci Fəxri xiyabanda Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş igid oğul və qızlarımızın məzarlarını ziyarət ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.