Hərbi attaşelər Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət ediblər
AzerTAg.az
Bakı, 29 mart, AZƏRTAC
Azərbaycan Respublikasında akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət ediblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qonaqlar əvvəlcə Hərbi İnstitutun ərazisindəki muzeydə Ulu Öndərin həyatını və siyasi fəaliyyətini əks etdirən fotostendlə tanış olublar.
Sonra qonaqlar təhsil müəssisəsinin ərazisi, tədris korpusları və maddi-texniki bazasını ziyarət edib burada hərbiçilər üçün yaradılan şərait ilə tanış olub, keçirilən tədris prosesini izləyiblər.
Xarici ölkələrin hərbi nümayəndələrinə xüsusi təyinatlı təhsil müəssisəsinin tarixi və fəaliyyəti barədə brifinq təqdim olunub. Qonaqlara, həmçinin görüşün bədii hissəsində hərbi orkestrin ifa etdiyi musiqi kompozisiyaları ərməğan edilib.
Sonda qarşılıqlı hədiyyələr mübadiləsi olub.








Xəbərin mətnində orfoqrafik səhv var