SİYASƏT


Hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə toplantı keçirilib

Bakı, 7 dekabr, AZƏRTAC 

Xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş hərbi attaşeləri və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində illik toplantı keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, toplantıda idarə rəisi general-mayor Hüseyn Mahmudov hərbi attaşelərə və beynəlxalq təşkilatların nümayəndələrinə regiondakı hərbi-təhlükəsizlik vəziyyəti, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, Azərbaycan Ordusunda aparılan islahatlar, quruculuq işləri, hərbi-təhsil sistemi və bu sahədə əldə olunan nailiyyətlər, eləcə də beynəlxalq hərbi əməkdaşlığın prioritetləri və istiqamətləri, növbəti ildə planlaşdırılan fəaliyyətlər haqqında ətraflı məlumat verib.

Bakı Hərbi Attaşelər Assosiasiyasının duayeni, Çin Xalq Respublikasının hərbi attaşesi baş polkovnik Çjan Tsunqo toplantının keçirilməsinə görə həmkarları adından Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib. O, səmərəli əməkdaşlığın gələcəkdə də davam edəcəyinə ümidvar olduqlarını vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.