SİYASƏT


Hərbi həkimlərimiz “Hərbi-tibbi estafet” müsabiqəsinin növbəti mərhələsində iştirak ediblər VİDEO

Bakı, 11 avqust, AZƏRTAC

“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində Özbəkistanda keçirilən “Hərbi-tibbi estafet” müsabiqəsində hərbi həkimlər “Yaralanan və xəsarət alan heyətin döyüş meydanından təxliyə edilməsi” mərhələsində bacarıqlarını sınayıblar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səhra şəraitində baş tutan yarışda hərbi həkimlər yaralı və xəsarət alan hərbi qulluqçuya ilkin tibbi yardımın göstərilməsi, onun şərti düşmənin atəşi altından çıxarılaraq ixtisaslı yardımın göstəriləcəyi məntəqəyə çatdırılması və digər tapşırıqları normativlərə uyğun olaraq icra ediblər.

Azərbaycan hərbi həkimlərinin də iştirak etdiyi müsabiqəyə 11 ölkənin komandası qatılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.