CƏMİYYƏT


Hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olan hərbi qulluqçuların xatirəsi anılıb

Bakı, 30 noyabr, AZƏRTAC

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin ötən il “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində həlak olan hərbi qulluqçuların xatirəsi anılıb.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə noyabrın 30-da həlak olan hərbi qulluqçuların II Fəxri xiyabanda məzarları ziyarət edilib, məzarları önünə gül dəstələri düzülüb, əklillər qoyulub, ruhlarına dualar oxunub.

Anım mərasimində DSX-nın əməkdaşları ilə yanaşı, Milli Məclisin deputatları, rayon icra hakimiyyətlərinin nümayəndələri, həlak olanların doğmaları, məktəblilər, qazilər iştirak ediblər.

Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin (DSX) 2021-ci il noyabrın 30-u saat 10:40-da hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində 14 hərbi qulluqçu həlak olub, iki nəfər isə yaralanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.