SİYASƏT


Hərbi hissədə hazırlıq kursuna cəlb olunan heyətlə kütləvi tərbiyəvi tədbir keçirilib

Bakı, 16 oktyabr, AZƏRTAC

Bu ilin hazırlıq planına uyğun olaraq, N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlıq kursuna cəlb olunan heyət ilə kütləvi tərbiyəvi tədbir keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə dövlət himni ifa olunub.

Tədbirdə çıxış edənlər kursantlara gələcək xidmətlərinin nümunəvi təşkili üçün qanunların və nizamnamələrin tələblərinə əməl olunmasının vacibliyini izah edib, Müdafiə nazirinin əmr və tapşırıqlarını diqqətə çatdırıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.