SİYASƏT


Hərbi hissədə şəxsi heyətlə görüş keçirilib

Bakı, 29 noyabr, AZƏRTAC 

Müdafiə Nazirliyinin və “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Tərtər rayon şöbəsinin təşkilatçılığı ilə hərbi hissədə şəxsi heyətlə görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Şəxsi heyətlə görüşdə çıxış edən qonaqlar işğal altındakı torpaqlarımızın tezliklə azad edilməsi üçün ölkə rəhbərliyi tərəfindən aparılan siyasətin öz bəhrəsini verəcəyinə əminliklərini bildiriblər. Qeyd olunub bu vəzifənin uğurla həyata keçirilməsi üçün müasir silah, döyüş texnikası ilə təchiz edilən, yüksək hazırlığa malik Azərbaycan Ordusu hər an döyüşə hazırdır.

Qarabağ müharibəsinin iştirakçıları keçdikləri döyüş yolları barədə şəxsi heyətə məlumat veriblər.

Sonra qonaqlar hərbi hissədə şəxsi heyətin həyat və məişət şəraiti ilə yaxından tanış olub, onların qış mövsümünə hazırlığı, ərzaq təminatı ilə maraqlanıblar.

Tədbir ədəbi-bədii kompozisiya ilə davam edib.

Qonaqlar şəxsi heyətlə birlikdə nahar etdikdən sonra xatirə şəkilləri çəkdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.