CƏMİYYƏT


Hərbi hissədəki maarifləndirmə tədbirində fövqəladə hadisələr zamanı düzgün davranış qaydalarından danışılıb

Bakı, 3 avqust, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi avqustun 2-də nazirliyin regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Dövlət Sərhəd Xidmətinin Cəlilabad rayon Göytəpə şəhərində yerləşən “N” saylı hərbi hissəsində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə ilkin yanğınsöndürmə avadanlıqlarından istifadə, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış qaydaları, habelə dəm qazı təhlükəsi barədə geniş məlumat verilib.

Eyni zamanda yanğın və texniki təhlükəsizlik tədbirlərinə ciddi əməl olunmasına nəzarətin artırılmasının, ehtiyat çıxış qapılarının və zirzəmilərinin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, yararsız vəziyyətdə olan elektrik naqillərinin və avadanlıqlarının yenisi ilə əvəz edilməsinin vacibliyi diqqətə çatdırılıb.

Sonda müxtəlif mövzularda hazırlanmış maarifləndirici videoçarxlar tədbir iştirakçıları üçün nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.