ORDU
Hərbi hissələrdə andiçmə mərasimi keçirilib YENİLƏNİB
Bakı, 10 may, AZƏRTAC
Mayın 10-da Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Əlahiddə Ümumqoşun Ordusu, hərbi birliklər, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Raket və Artilleriya Qoşunları, eləcə də digər təminat hərbi hissələrində təşkil edilmiş mərasimlərdə döyüş bayraqları sıra meydanına gətirilərək dövlət himni ifa edilib və tədbirlər açıq elan olunub.
Sonra gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul ediblər.
Andiçmə mərasimlərində hərbi hissələrin komandanlığı, şəhid ailələrinin üzvləri, yerli icra orqanları və ictimaiyyət nümayəndələri, veteranlar, əsgər valideynləri iştirak ediblər.
Rəsmi mərasim başa çatdıqdan sonra konsert proqramları təşkil olunub və hərbi hissələrdə yaradılmış şərait valideynlərə nümayiş etdirilib.