SİYASƏT


Hərbi hissələrdə psixoloji işə dəstək fəaliyyətləri davam etdirilir

Bakı, 28 fevral, AZƏRTAC

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabit və dövlət qulluqçularından ibarət işçi qrupu tərəfindən hərbi hissələrdə gənc əsgərlərin sosial-psixoloji cəhətdən öyrənilməsi, hərbi xidmətə adaptasiya olunması, xidmət və məişət şəraitinin düzgün təşkili istiqamətində yerinə yetirilən psixoloji işə dəstək fəaliyyətləri yerinə yetirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, plana uyğun olaraq hərbi qulluqçularla psixoloji testlərin keçirilməsi, kollektivlərdə sosial-psixoloji proseslərin və qarşılıqlı münasibətlərin öyrənilməsi mövzularında təlim-metodiki məşğələlər keçirilib.

Məşğələlərdə hərbi qulluqçuların temperament tipinin, hərbi kollektivlər daxilindəki münasibətlərin öyrənilməsi, hərbi qulluqçuların psixoloji dayanıqlığının müəyyən edilməsi prosesləri nəzəri və praktiki cəhətdən izah edilib.

Bundan əlavə ideoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlərə şəxsi heyətin milli-mənəvi dəyərlərə sadiqlik, dövlətçilik və vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində tövsiyələr verilib, gənc əsgərlərlə tərbiyəvi mövzularda maarifləndirici söhbətlər aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.