CƏMİYYƏT


Hərbi ləvazimat və qanunsuz predmetlərin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

Bakı, 13 noyabr, AZƏRTAC

Gömrükçülər hərbi ləvazimat və qanunla qadağan edilən digər predmetlərin ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat-Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, “Mazımçay” gömrük postunda Gürcüstandan “Ford Transit” markalı minik avtomobili ilə gələn bu ölkənin vətəndaşı saxlanılıb. Sorğu-sual zamanı vətəndaş üzərində və nəqliyyat vasitəsində qanunla qadağan edilən hər hansı predmetin olmadığını bildirib. Lakin kinoloji xidmət itinin tətbiqi ilə keçirilən baxış zamanı nəqliyyat vasitəsində silah-sursat və narkotik vasitənin olduğu müəyyən edilib. Belə ki, avtomobilin salonunda, sürücü oturacağının başı üzərindəki boşluqda iki ədəd sellofan torba aşkarlanıb. Həmin torbalarda isə 25 ədəd müxtəlif patron, 1 ədəd plastik silah dəstəyi, 1 ədəd durbin, eyni zamanda, içərisi narkotik vasitə - marixuana ilə doldurulmuş ov tüfənginin patronu və maqazinində 4 ədəd patron olan səs tapançası aşkar olunub. Bundan başqa, nəqliyyat vasitəsinin salonunun qapısının üst hissəsində marixuana bitkisinin kiçik budağı, sol qapısındakı rəfdə isə 1 büküm marixuana bitkisi aşkar edilib. Daha sonra kinoloji xidmət iti avtomobilin sürücüsünə reaksiya verdiyi üçün onun üzərində də şəxsi yoxlama aparılıb. Nəticədə, sürücünün idman gödəkçəsinin cibindən daha 1 büküm marixuana bitkisi aşkara çıxarılıb. Ümumilikdə aşkarlanan narkotik vasitə - marixuananın çəkisinin 10 qram olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.