ELM VƏ TƏHSİL


Hərbi liseylərə qəbul imtahanının nəticələri açıqlanıb

Bakı, 17 iyul, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi liseylərinə 2019-cu il iyulun 14-də keçirilmiş qəbul imtahanının nəticələrini açıqlayıb.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda iştirak etmiş abituriyentlər imtahanın nəticələri və cavab kartının qrafik təsviri ilə Mərkəzin saytında tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operator nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İmtahanda iştirakı gözlənilən 1759 abituriyentdən 28-i imtahanda iştirak etməyib. Bir nəfər qaydaları pozduğu üçün imtahandan xaric edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.