DÜNYA


Hərbi münaqişə nəticəsində Yəməndə 7 mindən çox uşaq həyatını itirib

Tehran, 18 may, AZƏRTAC

Hərbi münaqişə nəticəsində Yəməndə 7 mindən çox uşaq həyatını itirib.

AZƏRTAC BMT-nin Uşaq Fondunun (UNICEF) hesabatına istinadən xəbər verir ki, 2015-ci ilin martından bu günə kimi Yəməndə davam edən hərbi münaqişədə 7 min 300 uşaq ölüb.

Hesabatda qeyd edilir ki, uşaqlar yalnız şəhərlərin bombardman edilməsi nəticəsində uçqun altında qalıb ölmür. İnsanlar, həmçinin Yəmənin blokadaya alınması nəticəsində yaranan qida və dərman preparatlarının çatışmamazlığından da əziyyət çəkirlər. Bu səbəbdən uşaqlar qida azlığından və müxtəlif xəstəliklərdən ölürlər.

UNICEF dünya birliyini yəmənli uşaqlara kömək etməyə çağırıb.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.