Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə İş İdarəsi üzrə gəlirlərin və xərclərin icrasına dair auditin nəticələri açıqlanıb

Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə İş İdarəsi üzrə gəlirlərin və xərclərin icrasına dair auditin nəticələri açıqlanıb

Bakı, 12 dekabr, AZƏRTAC

Hesablama Palatasının növbəti kollegiya iclasında 2016-2017-ci illər ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə İş İdarəsi üzrə gəlirlərin və xərclərin icrasına dair auditin nəticələri ilə bağlı hesabat müvafiq qaydada müzakirə edilərək təsdiqlənib.

Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, audit 2016-2017-ci illər üzrə 805850,9 min manat məbləğində vəsaiti əhatə edib. Yanvarın 1-nə idarə üzrə 63705 pensiya işi, o cümlədən 41181 ədəd yaşa görə (64,6 faiz), 13104 ədəd əlilliyə görə (20,6 faiz) və 9420 ədəd ailə başçısını itirmiş ailələrin (14,8 faiz) pensiya işi mövcud olub.

2016-2017-ci illər ərzində təyin olunmuş 13596 sayda pensiya işinin 7668 ədədi və ya 56,4 faizi yaşa görə, 5161 ədədi və ya 38,0 faizi əlilliyə görə, 767 ədədi və ya 5,6 faizi ailə başçısının itirilməsi səbəbindən təyin edilmiş pensiya işləri olub, pensiya təyinatı üçün müraciət etmiş 26 nəfərin müraciəti rədd edilib, yanvarın 1-nə idarə tərəfindən 63705 nəfərə pensiya ödənişi həyata keçirilib.

Audit olunan dövr ərzində təyin edilmiş pensiya işlərinin seçmə üsulla araşdırılması nəticəsində 2016-2017-ci illər ərzində təyin edilmiş pensiya işləri üzrə nöqsanlar olub, pensiya təyinatı aparılarkən əcnəbilərin respublika ərazisində yaşayış statusu araşdırılmayıb, bir sıra hallarda Azərbaycan Respublikasının ərazisində sonradan daimi yaşamaq icazəsi almış vətəndaşlara onların respublika ərazisində müvəqqəti yaşadıqları dövrdə pensiya təyin edilib.

Nazirlik tərəfindən elektron şəkildə təqdim edilmiş respublika üzrə aktiv olan pensiyaçıların adlı siyahısının idarədə olan aktiv pensiya işlərinin adlı siyahısı ilə üzləşdirilməsi zamanı idarənin pensiyaçılar üzrə elektron bazasında bir çox pensiyaçıların şəxsiyyət vəsiqələrinin seriya nömrələrində yanlışlıqların mövcud olduğu, həmin seriya nömrələrinin səhv göstərildiyi, idarədə qeydiyyatda olan pensiyaçılardan 64 nəfərin eyni dövrdə fondun 33 rayon (şəhər) şöbəsi üzrə də əmək pensiyası aldığı müəyyən edilib. Eyni zamanda, əlilliyə görə əmək pensiyası təyin edilmiş 285 nəfər pensiyaçının pensiya təyin olunduqdan sonra və ya həmin dövrdə işlədiyi halda onlara pensiyanın sığorta hissəsi olmaqla artıq pensiya məbləğinin ödənildiyi, idarə tərəfindən təqdim edilmiş aktiv əmək pensiyası alanların adlı siyahısının 22 iş üzrə pensiya alan şəxslərin vəfat etdiyi tarixdən sonra hesablarının bağlanılmadığı, fondun 36 rayon (şəhər) şöbəsi üzrə 63 nəfərin müavinət almaq hüququnun olmamasına və ya həmin hüququn qanunvericiliklə müəyyən edilmiş hallarda və müddətlərdə bitməsinə baxmayaraq, onlara ödənişlərin davam etdirildiyi, bu nöqsanlar nəticəsində də artıq sosial müavinət ödənişinə yol verildiyi aşkar edilib.

Məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin təyin edilməsi və ödənilməsi istiqamətində də nöqsanlara yol verilib, 53 halda artıq müavinət ödənilib, idarə tərəfindən audit olunan dövrün əvvəlinə olan 8176,2 min manat məbləğində debitor borcların aradan qaldırılması istiqamətində qanunvericiliklə müəyyən edilmiş müvafiq tədbirlərin tam həyata keçirilməməsi səbəbindən həmin məbləğ audit olunan dövrün sonunda əvvəlinə nisbətən 4463,8 min manat və ya 54, 6 faiz artıb, daxili nəzarət fəaliyyəti qənaətbəxş səviyyədə təşkil edilməyib və aparılmayıb, həyata keçirilmiş daxili nəzarət tədbirləri nəticəsində aşkar edilmiş pozuntu və nöqsanların aradan qaldırılması istiqamətində görülmüş tədbirlər yetərli olmayıb, həmin tədbirlər nəticəsində aşkar edilmiş eynitipli nöqsanlara hazırkı audit zamanı da rast gəlinib.

Fərdi uçotun təşkili sahəsində də nöqsanlara yol verilib, fərdi uçot üzrə müvafiq hesabatların sığortaolunanlar tərəfindən təqdim edilmədiyi hallarda zəruri tədbirlər həyata keçirilməyib, müvafiq hesabatların və məlumatların olmaması səbəbindən ödənilmiş vəsaitlərin sığortaolunanların fərdi hesablarına işlənilməməsi hallarına rast gəlinib.

Hesablama Palatasının kollegiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə İş İdarəsi tərəfindən yol verilmiş nöqsanların qısa müddət ərzində aradan qaldırılması, o cümlədən İdarənin müvafiq proqram təminatında müvafiq məlumat vərəqlərinin nömrəsi üzrə qeydiyyatının aparılması və məlumat vərəqələrini göndərən təşkilatların müvafiq məlumat bazaları ilə vahid rəqəmli qeydiyyat formasının tətbiqi, fərdi hesablara işlənilməmiş vəsaitin müvafiq sığortaolunanların fərdi hesablarına işlənilməsi, audit olunan dövrün sonuna olan debitor borcların aradan qaldırılması və sığortaedənlərdən sosial sığorta haqları üzrə yığım səviyyəsinin yüksəldilməsi istiqamətində zəruri tədbirlər görülməsi, eyni zamanda, daxili nəzarət fəaliyyətinin gücləndirilməsi, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş İdarəsinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə kollegiya qərarının surəti göndərilib.

Auditin nəticələri ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinə məlumat verilib.

Qeyd edək ki, məlumat "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən və "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın 5.7-ci bəndinin icrası olaraq hazırlanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb

DİM sədri: Qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər azı iki il əvvəl elan edilir

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib

Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasıyası müsbət dinamika ilə inkişaf edir"

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər, Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

“Qəbələ” israilli futbolçu ilə vidalaşıb

Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ

BMU tələbələri ev heyvanlarının məsafədən qidalanmasına imkan verən cihaz hazırlayıblar

Azərbaycanın Rumıniya ilə hazırladığı layihə NATO tərəfindən təsdiqlənib

Azərbaycanın Baş prokuroru Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti seçilib

BŞTİ: Bakı Fransız Liseyində təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi təmin edilə bilər

Bakı hava limanı yenidən “Skytrax” mükafatına layiq görülüb

Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb

Ali Məhkəmə: İnzibati orqan öz praktikasını inzibati məhkəmə qərarlarının məzmununa uyğunlaşdırmağa borcludur

Azərbaycanın xarici işlər naziri Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib

MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub

Mina təhlükəsi ilə bağlı təlimlərdə 1500-dən çox keçmiş məcburi köçkün iştirak edib

Nazir: Türkiyə mülki aviasiya sahəsində sürətlə inkişaf edən ölkələr sırasındadır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yenilənmiş saytı istifadəyə verilib

Azərbaycan atıcıları lisenziya turnirində iştirak edəcəklər

IRENA Assambleyasının 14-cü sessiyasında Afrikada bərpa olunan enerji mənbələrinin tətbiqi müzakirə olunub

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb

Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb

® “Azercell” Böhran İdarəetmə Qrupu layihəsini elan edir

Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib

“Aztelekom” tərəfindən Oğuz rayonunun 97 faizi yüksəksürətli internetlə əhatə olunub

Latviyada yeni xarici işlər naziri təyin edilib

Azərbaycan və Britaniya yaşıl enerjiyə keçidi reallaşdıracaq kadrları birgə hazırlayacaq

Türkmənistan nəqliyyat marşrutları layihələrində daha fəal iştirak edəcək

® “Rabitəbank” müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir

Füzulidə keçirilən tibbi aksiyanın ilk günündə 100-dən çox sakin oftalmoloji müayinə olunub VİDEO

Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib

Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib

Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub VİDEO

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov