ORDU
Hərbi qulluqçularımız İranda səfərdədirlər
Bakı, 14 avqust, AZƏRTAC
Azərbaycan Ordusunun hərbi qulluqçuları “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində İran İslam Respublikasının Yəzd şəhərində keçiriləcək “Snayper həddi” müsabiqəsində iştirak etmək məqsədilə bu ölkədə səfərdədirlər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müsabiqədə iştirak edən komandaların nümayəndələri ərazi ilə tanış olub, hərbi qulluqçularla təlimat keçirilib. Şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb, yarışların xüsusiyyətləri və keçirilmə şərtləri izah edilib.
Qeyd edək ki, "Snayper həddi" müsabiqəsində Azərbaycan, Belarus, Çin, İran, Özbəkistan, Rusiya və Zimbabveni təmsil edən komandalar iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.03.2024 [20:48]
Nazirlik: Hərbi hissələrdə bayram tədbirləri qapalı şəraitdə keçirilir
- 18.03.2024 [13:55]
Azərbaycanın müdafiə naziri NATO-nun Baş katibi ilə görüşüb VİDEO
- 17.03.2024 [14:02]
Müdafiə Nazirliyi həftəlik videoicmalı təqdim edib VİDEO
- 17.03.2024 [10:17]
Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
- 16.03.2024 [11:39]
Hərbi qulluqçulara növbəti daimi mənzillər verilib
- 15.03.2024 [18:56]
Azərbaycan Ordusunda daşqaldırma birinciliyi keçirilib VİDEO
- 15.03.2024 [13:01]