REGİONLAR


Hərbi qulluqçularımız çoxmillətli qış təlimində ölkəmizi layiqincə təmsil edirlər

Naxçıvan, 19 fevral, AZƏRTAC

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları Türkiyə Respublikasının Qars şəhərində keçirilən beynəlxalq “Qış təlimi-2019”da iştirak edirlər.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, qarlı, şaxtalı havalarda təyyarə və vertolyotlardan endirilən taktiki hava desantı qrupları ən çətin tapşırıqları praktiki yerinə yetirirlər.

Təlimdə iştirak edən digər ölkələrin bölmələri ilə qarşılıqlı əlaqədə döyüş atışlarını yerinə yetirən hərbi qulluqçularımız çoxmillətli qış təlimində ölkəmizi layiqincə təmsil edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.